Previous Next
Bağla

İTSDA-nın yenilənmiş saytının təqdimat mərasimi keçirilib

29-10-2024 13:02
İTSDA-nın yenilənmiş saytının təqdimat mərasimi keçirilib

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) rəsmi internet səhifəsinin (its.gov.az) yenilənmiş versiyası təqdim edilib. 

Xeberler.az məlumat verir ki, təqdimat mərasimində çıxış edən agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev qurumun yenilənmiş saytında daha geniş funksionallıq və əhali üçün əhəmiyyətli məlumat bazasının olduğunu vurğulayıb. Z.Əliyev bildirib ki, yeni yaradılmış hər bir qurum üçün özünü təqdim edəcək bir platformaya malik olmaq müasir dövrdə böyük əhəmiyyət kəsb edir.

“Prioritetlərimizi dəqiq müəyyən edərək əhaliyə daha əlçatan və informativ bir platforma yaratmağa çalışdıq. Yeni saytımız istifadəçilərə daha çox imkanlar verir. İndi tibbi sığorta və dövlət tibb müəssisələri haqqında məlumatları asanlıqla tapmaq, tibb müəssisələrinin ünvanlarına və əlaqə vasitələrinə rahat çıxış əldə etmək mümkündür”, - deyə Z.Əliyev qeyd edib.

Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova qurumun Kommunikasiya Strategiyası üzrə görülən işlərdən bəhs edib. A.Əhmədova vurğulayıb ki, Kommunikasiya Strategiyasının icrası agentliyin məqsədlərinə, hədəflərinə və auditoriya ilə effektiv ünsiyyətə əsaslanır. O bildirib ki, hər bir hədəf qrupunun maraqları və informasiya qəbuletmə üsulları dəyərləndirilir və uyğun kommunikasiya vasitələri seçilir.

Sonra təqdimatla çıxış edən agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin əməkdaşı Fuad Bayramov yeni saytda edilən dəyişikliklərdən bəhs edib. O bildirib ki, yenilənmələr zamanı vətəndaşları agentliyin fəaliyyəti və icbari tibbi sığorta barədə ən çox maraqlandıran məsələlər nəzərə alınıb:

“Saytın strukturuna yeni bölmələr əlavə edilib. Tibb müəssisələrinin axtarış sistemi vasitəsilə vətəndaşlar lazım olan tibbi xidmətin hansı tibb müəssisələrində göstərildiyini müəyyən edə, müxtəlif kateqoriyalar üzrə, həmçinin tibbi ərazi bölmələri və ya şəhərlər üzrə tibb müəssisələrini axtarışa verə, xəstəxananın əlaqə vasitələri, ünvanı və xəritə üzərindən məkan koordinatları ilə tanış ola bilərlər. Xidmətlər Zərfi üzrə axtarış sistemi ilə tibbi xidmət və onun müqabilində agentlik tərəfindən xəstəxanaya ödənilən məbləğlə tanış olmaq mümkündür”, - deyə F. Bayramov qeyd edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“mygov”da tibbi məlumatlara çıxış imkanları genişlənib

30-05-2025

“e-Tabib” mobil tətbiqində yeni bölmə yaradılıb

22-07-2025

Agentlik Kommunikasiya Strategiyasını uğurla icra edib

07-02-2025

“1542” Çağrı mərkəzinin “Onlayn çat” xidməti istifadəyə verilib

19-12-2024

Azərbaycan xəstəxanalarında randevu sistemi test rejimdə tətbiq olunacaq

31-10-2023

İcbari Tibbi Sığorta üzrə elektron xidmət “myGov”a inteqrasiya olunub

21-02-2020

Tibb müəssisələrində İKT infrastrukturunun qurulması davam edir

20-08-2019

İsrail ilə səhiyyə sisteminin elektronlaşdırılması müzakirə edilib

11-04-2025

“mygov” platformasına yeni tibbi məlumatlar inteqrasiya olunub

07-07-2025

Daha 3 tibbi məlumat “mygov” platformasına inteqrasiya olunub

23-07-2025

NRYTN-in dəstəyi ilə tibb müəssisələrində videokonfrans sistemi qurulubv

28-04-2020

Dövlət agentliyi lisenziya yenilənməsi xidmətinə 4,6 milyon milyon manat xərcləyəcək

24-01-2023

“e-Tabib” mobil tətbiqi yeniləndi

16-03-2023

Həkim qəbuluna “e-Tabib” tətbiqi üzərindən yazılmaq mümkün olacaq

01-05-2023

Ekspert: Icbari tibbi sığorta sahəsində problemlər var

14-01-2020

Vətəndaşların xəstəlik tarixçəsi “mygov”a daxil edilib

11-08-2025

İRİA-nın yenilənmiş veb-saytı istifadəyə verilib

21-06-2025

Aztibb.az portalı istifadəyə verilib

22-07-2020

İcbari tibbi sığortanın "Onlayn çat" xidməti fasiləsiz işləyir

06-03-2025

Tibbi sənədlərin qeydiyyatı elektronlaşdırılır

20-02-2023

“Rəqəmsal Tibbi Həllər” şirkəti yaradılıb

16-01-2024

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

26-04-2024

DOST rəsmi internet saytını təqdim edib

21-05-2020

Naxçıvanın İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “AzStateNet” şəbəkəsinə köçürülüb

06-06-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə