Previous Next
Bağla

Tibb müəssisələrində İKT infrastrukturunun qurulması davam edir

20-08-2019 17:36
Tibb müəssisələrində İKT infrastrukturunun qurulması davam edir

Xeberler.az-ın məlumatına görə, 2020-ci il yanvarın 1-dən etibarən icbari tibbi sığortanın ölkə üzrə tətbiqi ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyinə veriləcək tibb müəssisələrində informasiya-kommunikasiya texnologiyaları (İKT) infrastrukturunun qurulması üzrə işlər davam etdirilir. Sözügedən fəaliyyət tibb müəssisələrində İKT-nin imkanlarından istifadə etməklə, icbari tibbi sığortanın məlumat bazasının, habelə müvafiq proqram təminatının yaradılması və geniş tətbiqi məqsədini daşıyır. İşlər “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” ölkə başçısının 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanına əsasən həyata keçirilir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi marketinq və ictimaiyyətlə əlaqələr departamentindən verilən məlumata görə, proqram təminatı xəstəxanalara müraciət edən vətəndaşın onlayn qeydiyyatının aparılmasına, onun sığortaolunan olub-olmamasını müəyyənləşdirilməsinə, pasiyentin müraciət etdiyi şöbələr, ona xidmət göstərən həkimlər, təyin olunan müayinə və müalicə (ambulator və stasionar) haqqında məlumatların sistemə daxil edilməsinə imkan yaradır, həmçinin vətəndaşların zaman və məkandan asılı olmayaraq diaqnozları və laborator analizlərinin nəticələri haqda məlumatları rahatlıqla əldə etmələrinə xidmət edir.
Bu günədək 21 tibb müəssisəsi 617 ədəd kompüter avadanlığı ilə təchiz olunub, habelə internetə çıxışın təmin olunması məqsədilə tibb müəssisələrinə fiber-optik kabel xətti çəkilir, internetin təyin olunmuş məntəqələrə ötürülməsi üçün 25 tibb müəssisəsində kabelləşmə işləri icra olunub.

İyul ayından etibarən isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İnformasiya Texnologiyaları və İnnovasiyalar İdarəsinin əməkdaşları tibb müəssisələrinin tam idarəedilməsini təmin edəcək proqram təminatından istifadə qaydaları üzrə xəstəxanalarda təlimlər keçirirlər. Bu günədək Bakı və Sumqayıt şəhərləri üzrə 48 tibb müəssisəsinin, həmçinin 22 regionda yerləşən tibb müəssisələrinin qəbul və qeydiyyat şöbələrinin işçiləri üçün təlimlər keçirilib. Qeyd olunmalıdır ki, tibb müəssisələrinin elektronlaşdırılması və müvafiq heyətin təlimatlandırılması üçün nəzərdə tutulan maliyyə xərcləri bu məqsədlə agentliyə ayrılan büdcə vəsaiti hesabına həyata keçirilir. Hazırlanmış işçi plana uyğun olaraq, icbari tibbi sığorta çərçivəsində fəaliyyət göstərəcək bütün tibb müəssisələrində İKT infrastrukturunun qurulması üzrə işlərin icrası və təlimlərin keçirilməsi cari ilin sonuna kimi davam etdiriləcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“mygov”da tibbi məlumatlara çıxış imkanları genişlənib

30-05-2025

NRYTN-in dəstəyi ilə tibb müəssisələrində videokonfrans sistemi qurulubv

28-04-2020

Dövlət agentliyi lisenziya yenilənməsi xidmətinə 4,6 milyon milyon manat xərcləyəcək

24-01-2023

İcbari Tibbi Sığorta üzrə elektron xidmət “myGov”a inteqrasiya olunub

21-02-2020

İsrail ilə səhiyyə sisteminin elektronlaşdırılması müzakirə edilib

11-04-2025

Tibbi sənədlərin qeydiyyatı elektronlaşdırılır

20-02-2023

Həkim qəbuluna “e-Tabib” tətbiqi üzərindən yazılmaq mümkün olacaq

01-05-2023

Poliklinikalarda elektron növbə sisteminin tətbiqi gözlənilir

27-10-2025

Azərbaycan xəstəxanalarında randevu sistemi test rejimdə tətbiq olunacaq

31-10-2023

Daha 3 tibbi məlumat “mygov” platformasına inteqrasiya olunub

23-07-2025

“e-Tabib” mobil tətbiqində yeni bölmə yaradılıb

22-07-2025

İTSDA-nın yenilənmiş saytının təqdimat mərasimi keçirilib

29-10-2024

Vətəndaşların xəstəlik tarixçəsi “mygov”a daxil edilib

11-08-2025

“mygov” platformasına yeni tibbi məlumatlar inteqrasiya olunub

07-07-2025

“1542” Çağrı mərkəzinin “Onlayn çat” xidməti istifadəyə verilib

19-12-2024

Ekspert: Icbari tibbi sığorta sahəsində problemlər var

14-01-2020

Naxçıvanda e-səhiyyə sistemi qurulur

04-11-2025

Agentlik Kommunikasiya Strategiyasını uğurla icra edib

07-02-2025

İcbari tibbi sığortanın "Onlayn çat" xidməti fasiləsiz işləyir

06-03-2025

Laborator analiz nəticələrini “mygov”dan öyrənmək mümkündür

04-12-2024

Səhiyyə sahəsində rəqəmsal qeydiyyat sistemi yaradılacaq

30-12-2016

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

26-04-2024

“e-Tabib” mobil tətbiqi yeniləndi

16-03-2023

Azercell fədakar tibb işçilərini dəstəkləyib

25-03-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə