ABB İnnovasiya, Mastercard və ADA Universitetinin birgə təşkil etdiyi “AI Startup Challenge” müsabiqəsi uğurla baş tutub. Süni intellekt sahəsində innovativ ideyaların və texnoloji həllərin bir araya gətirilməsi məqsədi daşıyan yarışmada iştirak üçün 200 komanda müraciət edib. Onlardan 40-ı seçim mərhələsini keçərək finalda iştirak haqqı qazanıb. Müsabiqə zamanı komandalar real sektor problemlərinə yönəlmiş AI əsaslı layihələrini yerli və xarici ekspertlərdən ibarət münsiflər heyətinə təqdim ediblər.
Xeberler.az bildirir ki, müsabiqədə ilk 3 yeri “Granslate”, “Agentixa” və “Innoroom” komandaları tutub. Həmin komandalar 5 000, 3 000 və 2 000 AZN məbləğində mükafat qazanıblar.
Eyni zamanda ilk 20 komanda ABB İnnovasiyanın preinkubasiya proqramına keçid və Mastercard Sandbox platformasına çıxış imkanı qazanıb.
ABB İnnovasiya süni intellektin real sektorlara inteqrasiyasını dəstəkləmək, yerli texnoloji komandaların inkişafına töhfə vermək və beynəlxalq potensiallı layihələri önə çıxarmaq məqsədilə belə təşəbbüsləri davam etdirmək niyyətindədir.
ABB İnnovasiyanın yeni imkanları haqqında ətraflı məlumatları buradan əldə edə bilərsiniz.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları