Previous Next
Bağla

Azərbaycan kibertəhlükəsizlik üzrə beynəlxalq qiymətləndirmədə yüksək nəticə əldə edib

14-04-2026 13:14
Azərbaycan kibertəhlükəsizlik üzrə beynəlxalq qiymətləndirmədə yüksək nəticə əldə edib

Azərbaycan müasir kibertəhlükəsizlik standartlarına cavab verən rəqəmsal infrastrukturu beynəlxalq qiymətləndirmədə yüksək nəticə əldə edib.

Xeberler.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən məlumat verir ki, "Vergi məqsədləri üçün şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forum" "Məxfilik və mübadilə olunan məlumatların konfidensiallığının qorunması" səviyyəsinin qiymətləndirilməsi üzrə yekun hesabatı təsdiq edib. Hesabatda Azərbaycanın yüksək nəticə əldə etdiyi öz əksini tapıb. Bu nəticə ölkəmizin beynəlxalq səviyyədə ən müasir kibertəhlükəsizlik standartlarına cavab verən rəqəmsal infrastruktura malik olduğunu bir daha sübut edir.

Qlobal Forum üzv ölkələrdə məxfilik və konfidensiallığın qorunması səviyyəsini mütəmadi olaraq qiymətləndirir. Azərbaycanda müvafiq sahədə vəziyyətin yoxlanılması məqsədilə ötən ilin fevralında təşkilatın qiymətləndiricilərinin ölkəmizə səfəri baş tutub. Qiymətləndirmə prosesi zamanı informasiya təhlükəsizliyi və konfidensiallığın təmin olunması istiqamətində görülmüş tədbirləri, daxili prosedurların beynəlxalq standartlara uyğunluğunu, həmçinin "Təhlükəsizlik Əməliyyatları Mərkəzi"nin (SOC) fəaliyyətini ekspertlər ətraflı şəkildə nəzərdən keçirib. Məlumatların kiber müdaxilələrdən 24/7 rejimində qorunması və rəqəmsal ekosistemin dayanıqlığı baxımından SOC-un fəaliyyəti xüsusilə yüksək qiymətləndirilib.

Azərbaycan 26 fevral 2013-cü il tarixində Qlobal Foruma üzv olmaqla bu sahədə beynəlxalq qiymətləndirmə prosesində iştirak öhdəliyini öz üzərinə götürüb.

Aparılmış qiymətləndirmənin nəticələri ölkəmizdə vergi məqsədləri üçün beynəlxalq məlumat mübadiləsi sahəsində etibarlı, təhlükəsiz və yüksək kiber toxunulmazlığa malik sistemin formalaşdırıldığını bir daha təsdiq edir. Bu, həmçinin beynəlxalq öhdəliklərin icrası, tərəfdaş yurisdiksiyalarla qarşılıqlı etimadın möhkəmləndirilməsi və rəqəmsal məlumatların toxunulmazlığını təmin edən beynəlxalq kibertəhlükəsizlik standartlarına uyğun fəaliyyətin təmin olunması baxımından mühüm əhəmiyyətə malikdir.

Azərbaycan bundan sonra da vergi məqsədləri üçün şəffaflıq, qabaqcıl rəqəmsal mühafizə texnologiyalarının tətbiqi və konfidensiallığın qorunması istiqamətində beynəlxalq standartların tətbiqini ardıcıl şəkildə davam etdirəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“4-cü Milli Kibertəhlükəsizlik Forumu” işə başlayıb

“4-cü Milli Kibertəhlükəsizlik Forumu” işə başlayıb

04-06-2026
“Azerconnect Group” “Beynəlxalq Kibertəhlükəsizlik Günləri” konfransında iştirak edib

“Azerconnect Group” “Beynəlxalq Kibertəhlükəsizlik Günləri” konfransında iştirak edib

23-09-2024
Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçiriləcək

Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçiriləcək

21-05-2026
Milli Kibertəhlükəsizlik Mərkəzinin komandası beynəlxalq müsabiqədə uğur qazanıb

Milli Kibertəhlükəsizlik Mərkəzinin komandası beynəlxalq müsabiqədə uğur qazanıb

24-11-2025
Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək

Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək

16-06-2026
IV Milli Kibertəhlükəsizlik Forumu Azercell-in dəstəyi ilə keçəcək

IV Milli Kibertəhlükəsizlik Forumu Azercell-in dəstəyi ilə keçəcək

02-06-2026
Elektron Təhlükəsizlik Mərkəzi beynəlxalq təşkilata üzv oldu

Elektron Təhlükəsizlik Mərkəzi beynəlxalq təşkilata üzv oldu

27-07-2016
Bulud xidmətləri üzrə yeni məhsullar təqdim edilib

Bulud xidmətləri üzrə yeni məhsullar təqdim edilib

12-03-2019
Azərbaycanda informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik riskləri reyestri yaradılacaq

Azərbaycanda informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik riskləri reyestri yaradılacaq

28-08-2023
AzMİU əməkdaşları kibertəhlükəsizlik üzrə maarifləndirilib

AzMİU əməkdaşları kibertəhlükəsizlik üzrə maarifləndirilib

13-12-2024
Kibertəhlükəsizliyə Nəzarət və Monitorinq Mərkəzi fəaliyyətə başlayıb

Kibertəhlükəsizliyə Nəzarət və Monitorinq Mərkəzi fəaliyyətə başlayıb

29-12-2025
Azərbaycan Milli Kibertəhlükəsizlik İndeksi üzrə dünya reytinqində 21 pillə irəliləyib

Azərbaycan Milli Kibertəhlükəsizlik İndeksi üzrə dünya reytinqində 21 pillə irəliləyib

06-05-2026
Azərbaycan aviasiya sahəsi üzrə Avropa və MDB regionunda ən yüksək nəticə əldə edib

Azərbaycan aviasiya sahəsi üzrə Avropa və MDB regionunda ən yüksək nəticə əldə edib

12-12-2018
Bakıda ‘‘Beynəlxalq Kibertəhlükəsizlik Günləri’’ konfransının ikinci günü keçirilib

Bakıda ‘‘Beynəlxalq Kibertəhlükəsizlik Günləri’’ konfransının ikinci günü keçirilib

20-09-2024
"NEQSOL Holding" əməkdaşların kibertəhlükəsizlik biliklərini artırmaq üçün "Infosec IQ" ilə tərəfdaşlıq edir

"NEQSOL Holding" əməkdaşların kibertəhlükəsizlik biliklərini artırmaq üçün "Infosec IQ" ilə tərəfdaşlıq edir

03-10-2023
Azercell IV Milli Kibertəhlükəsizlik Forumunda süni intellekt əsaslı həllərini təqdim edib

Azercell IV Milli Kibertəhlükəsizlik Forumunda süni intellekt əsaslı həllərini təqdim edib

05-06-2026
Azərbaycanın kibertəhlükəsizlik sahəsində fəaliyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Azərbaycanın kibertəhlükəsizlik sahəsində fəaliyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

01-06-2026
28 yanvar - Beynəlxalq fərdi məlumatların mühafizəsi günüdür

28 yanvar - Beynəlxalq fərdi məlumatların mühafizəsi günüdür

28-01-2021
Bakıda kibertəhlükəsizlik mövzusunda dəyirmi masa keçirilib

Bakıda kibertəhlükəsizlik mövzusunda dəyirmi masa keçirilib

22-05-2023
AKTA UNEC-də seminar təşkil edib

AKTA UNEC-də seminar təşkil edib

03-03-2026
“AzInTelecom” “CIDC-2025” konfransında iştirak edib

“AzInTelecom” “CIDC-2025” konfransında iştirak edib

13-10-2025
ETX əməkdaşı "MİSP" platformasında təhlükəsizlik boşluğu aşkarlayıb

ETX əməkdaşı "MİSP" platformasında təhlükəsizlik boşluğu aşkarlayıb

21-05-2026
Dohada 7-ci Qlobal Təhlükəsizlik Forumu yekunlaşıb

Dohada 7-ci Qlobal Təhlükəsizlik Forumu yekunlaşıb

01-05-2025
Azərbaycanın informasiya məkanında təhlükəsizlik riskləri müəyyənləşdiriləcək

Azərbaycanın informasiya məkanında təhlükəsizlik riskləri müəyyənləşdiriləcək

28-08-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə