Previous Next
Bağla

Qarabağ IV Aerokosmik Modelçilik Festivalına ev sahibliyi edəcək

14-04-2026 13:03
Qarabağ IV Aerokosmik Modelçilik Festivalına ev sahibliyi edəcək

Bakıda “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində Yeni Texnologiyaların İnkişafına Dəstək İctimai Birliyinin təşəbbüsü ilə ilk dəfə “Kosmik Vətən” mövzusunda aerokosmik konfrans keçirilib.

Xeberler.az məlumat verir ki, bu barədə açıqlamasında Yeni Texnologiyaların İnkişafına Dəstək İctimai Birliyinin sədri Ceyhun Xəlilov bildirib. O qeyd edib ki, konfransın əsas məqsədi ölkədə aerokosmik sahədə fəaliyyət göstərən federasiyalar, ictimai birliklər, cəmiyyətlər, inkişaf mərkəzləri, klublar və komandaları bir araya gətirərək mövcud vəziyyəti təhlil etmək, eləcə də gələcək inkişaf istiqamətlərini birgə müzakirə etmək olub.Tədbirdə iştirakçı təşkilatların tanışlıq mərhələsindən sonra qurumlararası əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb. Konfrans çərçivəsində cari ildə Azərbaycanda keçiriləcək IV Aerokosmik Modelçilik Festivalı barədə məlumat verilib. Bildirilib ki, aprelin 12-dən etibarən tədbir üçün qeydiyyat başlanıb. Festival bu il Qarabağ iqtisadi rayonunda təşkil ediləcək və ötən ildən fərqli olaraq yarışların sayı artırılaraq 12 kateqoriya üzrə keçirilməsi planlaşdırılır.

Onun sözlərinə görə, çıxışlar zamanı bu il ilk dəfə keçiriləcək “Naqilsiz Rabitə” yarışına da xüsusi diqqət ayrılıb. Vurğulanıb ki, bu istiqamət radio həvəskarları və radio-modelistləri bir araya gətirərək sahənin inkişafına yeni təkan verəcək.

“Konfrans iştirakçıları bu il festival çərçivəsində radiohəvəskarlar tərəfindən xüsusi çağırış siqnalı ilə beynəlxalq efirə çıxışın həyata keçirilməsini təklif edib. Tədbir ərazisində qurulacaq qısa dalğa radiostansiyaları və anten sistemləri vasitəsilə dünyanın müxtəlif ölkələrindəki radiohəvəskarlarla birbaşa əlaqə yaradılsın. Təklif yekdillikə müsbət qarşılandı və qeyd olundu ki, ziyarətçilər də peşəkar operatorların dəstəyi ilə canlı efirə qoşularaq qlobal rabitənin bir hissəsinə çevrilə bilcəklər. Düçünürəm ki, müxtəlif texniki idman növlərinin bir platformada birləşdirilməsi festivalın kütləviliyini artıracaq. Xüsusilə regionlarda yaşayan gənclərin aerokosmik sahəyə cəlb olunması və maarifləndirilməsi gələcəkdə yerli kadr potensialının formalaşmasına mühüm töhfə verəcək”, - deyə C.Xəlilov əlavə edib.

O bildirib ki, konfransın yekununda “Kosmik Vətən” anlayışının əhəmiyyəti bir daha vurğulanıb. Qeyd olunub ki, bu anlayış yalnız emosional çağırış deyil, milli təhlükəsizlik və funksional suverenliyin təmin olunması baxımından strateji zərurətdir. Müasir geosiyasi reallıqlar göstərir ki, kosmik sahədə passiv mövqe tutan dövlətlər gələcəkdə başqalarının strateji qərarlarına tabe olmaq riski ilə üz-üzə qalır.

Tədbirdə Azərbaycan Respublikası Səmt Müəyyənetmə İdman İctimai Birliyi, “Aerospace” İctimai Birliyi, Həvəskar Astronomlar Cəmiyyəti, Azərbaycan Radiohəvəskar Cəmiyyəti, “Ulduz” İnformasiya-Kommunikasiya Texnologiyaları Sahəsində Maarifləndirmə İctimai Birliyi, AzST klubu, “Orbyte” klubu və “Barattson Kids” mərkəzinin nümayəndələri iştirak ediblər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakıda “Aerokosmik Modelçilik Festivalı” keçiriləcək

04-04-2024

“Aerokosmik Modelçilik Festivalı"nın mükafatlandırma mərasimi keçirilib

08-07-2025

“Aerokosmik Modelçilik Festivalı 2025” keçirilib

01-07-2025

KOBİA və BP əməkdaşlığa başlayır

13-03-2023

Elektron Təhlükəsizlik Xidməti və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi əməkdaşlığa başlayıb

20-06-2024

“Pilotsuz Uçuş Aparatları’’ müsabiqəsinə qeydiyyat davam edir

10-02-2022

“Süni İntellekt Texnologiyaları və Aerokosmik Problemlər” Konfransı keçirilib

10-07-2025

“İRƏLİ” İctimai Birliyi 2010-cu ildə İKT sahəsində bir sıra layihələr həyata keçirəcək

04-12-2009

“Azərkosmos” İtaliya Aerokosmik Agentliyi ilə əməkdaşlıq edəcək

25-02-2020

“Smart Qarabağ” Hakatonunun məqsədləri açıqlanıb

07-02-2022

“İnfokommunikasiya sistemləri və süni intellekt texnologiyaları” mövzusunda beynəlxalq konfrans keçiriləcək

18-10-2024

Bakı Kosmik Texnologiyalar Konfransına ev sahibliyi edəcək

24-01-2025

Bakıda türk dövlətlərinin kosmik agentlikləri və qurumlarının toplantısı keçirilib

20-12-2021

Azərbaycan Türkiyədə keçiriləcək Aerokosmik və Texnologiya Festivalına 11 startapla qatılacaq

27-08-2021

“Azərkosmos” Özbəkistanda “Kosmik texnologiyalar konfransı”nda iştirak edir

25-04-2023

COP29 çərçivəsində aerokosmik sənayenin davamlılığına dair məruzə dinlənilib

13-11-2024

Bakıda Qlobal Gənclər Sammiti keçirilib

17-11-2025

Kosmik Texnologiyalar Konfransının ilk günü başa çatıb

24-04-2025

Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının konfransına qatılıb

30-03-2022

Azərkosmos İspaniyanın yüksək texnologiya şirkəti ilə əməkdaşlığa başlayır

02-06-2022

Azərbaycan “KazHackStan 2025”də təmsil olunub

19-09-2025

“Youth Cyber Forum” keçirilib

25-02-2026

Bakıda nəqliyyatla bağlı beynəlxalq elmi konfrans keçirilib

07-12-2023

Azercell diqqət və qayğıya ehtiyacı olan iki nəsli bir araya gətirdi

19-06-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə