Previous Next
Bağla

Alman faşizmi üzərində qələbədən 72 il ötür

09-05-2017 10:21
Alman faşizmi üzərində qələbədən 72 il ötür

Azərbaycan xalqı bu gün Qələbə gününü qeyd edir.

Xeberler.az xatıladır ki, alman faşizmi üzərində qələbədən 72 il ötür.

Faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı kimi qeyd olunur. Qələbə günü münasibətilə ölkənin müxtəlif bölgələrində və paytaxtda tədbirlər keçirilir.

Qeyd edək ki, 1939-cu il sentyabrın 1-də Faşist Almaniyası ildırımsürətli Barbarossa planı əsasında Polşanı işğal edib. Bununla da bəşəriyyət tarixinə ən qanlı müharibə kimi daxil olan İkinci Dünya müharibəsi başlayıb. 1941-ci il iyunun 22-də isə Hitler Almaniyası Azərbaycanın da daxil olduğu SSRİ-yə hücum edib. Müharibə 1945-ci il mayın 9-da - Berlindəki Reyxstaq binası üzərindən faşizm bayrağının endirilməsi və SSRİ-nin bayrağının sancılması ilə başa çatıb.

Bu müharibədə Azərbaycandan 660 min şəxs iştirak edib. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər mübarizə yolu keçib, 130-a yaxın azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfər “Şərəf” ordeni, 170 min soydaşımız SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Hüseynbala Əliyev, Qafur Məmmədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çoxunun adı bu müharibənin tarixinə qızıl hərflərlə yazılıb.

İkinci Dünya müharibəsində Azərbaycan nefti də həlledici amillərdən olub. Belə ki, 1941-ci ildə Azərbaycan tarixində ən çox - 23,5 milyon ton neft istehsal olunub və bu, SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edib. Ümumilikdə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Alman faşizmi üzərində qələbədən 71 il ötür

Alman faşizmi üzərində qələbədən 71 il ötür

09-05-2016
Faşizm üzərində qələbədən 78 il ötür

Faşizm üzərində qələbədən 78 il ötür

09-05-2023
9 May Faşizm üzərində Qələbə Günüdür

9 May Faşizm üzərində Qələbə Günüdür

09-05-2026
Ümummilli lider Heydər Əliyevin vəfatından 19 il ötür

Ümummilli lider Heydər Əliyevin vəfatından 19 il ötür

12-12-2022
Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyidir

Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyidir

10-05-2023
Heydər Əliyevin anadan olmasının 96-cı ildönümüdür

Heydər Əliyevin anadan olmasının 96-cı ildönümüdür

10-05-2019
Faşizm üzərində qələbənin 75 illiyi münasibətilə poçt markası buraxılıb

Faşizm üzərində qələbənin 75 illiyi münasibətilə poçt markası buraxılıb

02-09-2020
Ümummilli lider Heydər Əliyevin anadan olmasından 95 il ötür

Ümummilli lider Heydər Əliyevin anadan olmasından 95 il ötür

10-05-2018
Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür

Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür

10-05-2026
Ümummilli lider Heydər Əliyevin 93 yaşı tamam olur

Ümummilli lider Heydər Əliyevin 93 yaşı tamam olur

10-05-2016
Heydər Əliyevin anım günüdür

Heydər Əliyevin anım günüdür

12-12-2018
Ümummilli Lider Heydər Əliyevin anım günüdür

Ümummilli Lider Heydər Əliyevin anım günüdür

12-12-2024
Bakcell müharibə veteranlarına həsr olunmuş sərgiyə dəstək göstərib

Bakcell müharibə veteranlarına həsr olunmuş sərgiyə dəstək göstərib

08-05-2019
Ulu öndər Heydər Əliyevin xatirəsi yad edilir

Ulu öndər Heydər Əliyevin xatirəsi yad edilir

12-12-2020
Qanlı 20 Yanvar faciəsindən 34 il ötür

Qanlı 20 Yanvar faciəsindən 34 il ötür

20-01-2024
Azərbaycanda bütün ATS-lərin elektronlaşdırılması bu il başa çatacaq

Azərbaycanda bütün ATS-lərin elektronlaşdırılması bu il başa çatacaq

14-12-2010
"Qanlı Yanvar" faciəsindən 36 il ötür

"Qanlı Yanvar" faciəsindən 36 il ötür

20-01-2026
20 Yanvar Ümumxalq Hüzn Günüdür

20 Yanvar Ümumxalq Hüzn Günüdür

20-01-2025
Azərbaycanda Ümumxalq Hüzn Günüdür

Azərbaycanda Ümumxalq Hüzn Günüdür

20-01-2018
Tranzit yükdaşımaların idarə edilməsi üçün vahid mərkəz yaradılıb

Tranzit yükdaşımaların idarə edilməsi üçün vahid mərkəz yaradılıb

23-07-2022
Azərmarka Azərbaycanın ilk təyyarəçi qadınına həsr olunmuş marka təqdim edib

Azərmarka Azərbaycanın ilk təyyarəçi qadınına həsr olunmuş marka təqdim edib

23-09-2009
20 Yanvar faciəsindən 31 il ötür

20 Yanvar faciəsindən 31 il ötür

20-01-2021
Ötən il beynəlxalq poçt göndərişlərinin dəyəri 65 milyon dolları keçib

Ötən il beynəlxalq poçt göndərişlərinin dəyəri 65 milyon dolları keçib

24-01-2026
Azexport.az-a 37,6 milyon ixrac sifarişi daxil olub

Azexport.az-a 37,6 milyon ixrac sifarişi daxil olub

07-04-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə