Previous Next
Bağla

9 May Faşizm üzərində Qələbə Günüdür

09-05-2026 08:22
9 May Faşizm üzərində Qələbə Günüdür

Bu gün Azərbaycanda 9 May - faşizm üzərində qələbənin ildönümüdür.

Xeberler.az bildirir ki, Azərbaycan xalqı İkinci Dünya müharibəsində qələbənin əldə olunmasına mühüm töhfələr verib.

Müharibə illərində Azərbaycandan 600 mindən çox insan cəbhəyə yollanıb, onların yarıdan çoxu döyüşlərdə həlak olub. Yüzlərlə azərbaycanlı göstərdikləri şücaətə görə yüksək dövlət mükafatlarına layiq görülüb.

İki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş Həzi Aslanov, eləcə də İsrafil Məmmədov, Mehdi Hüseynzadə, Ziya Bünyadov, Hüseynbala Əliyev və digər azərbaycanlı döyüşçülər müharibə tarixində xüsusi yer tuturlar.

Faşizm üzərində qələbədə Bakı nefti də həlledici amillərdən biri sayılır. Müharibə dövründə SSRİ-də hasil olunan neftin böyük hissəsi Azərbaycanın payına düşüb. 1941-ci ildə respublikada 23,5 milyon ton neft hasil olunub ki, bu da ümumi ittifaq istehsalının 70 faizdən çoxunu təşkil edib.

Azərbaycan neftçilərinin fədakar əməyi nəticəsində cəbhə yanacaqla fasiləsiz təmin edilib. Həmin dövrdə istifadə olunan hər beş təyyarədən, tankdan və avtomobildən dördü Bakıdan göndərilən yanacaqla işləyib.

Müharibə illərində Bakı yalnız sənaye və yanacaq mərkəzi deyil, həm də mühüm arxa cəbhə şəhəri olub. Burada minlərlə yaralı əsgər müalicə edilib, müxtəlif bölgələrdən təxliyə olunan insanlar və müəssisələr yerləşdirilib.

Eyni zamanda, müttəfiqlərin Sovet İttifaqına göndərdiyi hərbi texnika, silah-sursat və digər yüklərin mühüm hissəsi lend-liz proqramı çərçivəsində Azərbaycan üzərindən daşınıb.

Azərbaycan alimləri də müharibə dövründə cəbhə üçün mühüm layihələr həyata keçiriblər.

Akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə yüksək keyfiyyətli aviasiya benzininin istehsalı texnologiyası hazırlanıb.

2026-cı il aprelin 24-də Prezident İlham Əliyev 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam imzalayıb.

Qeyd edək ki, 9 May Azərbaycanda rəsmi dövlət bayramı kimi qeyd olunur. İkinci Dünya müharibəsi isə bəşəriyyət tarixinin ən faciəli hadisələrindən biri hesab edilir - müharibə nəticəsində 60 milyona yaxın insan həyatını itirib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Alman faşizmi üzərində qələbədən 71 il ötür

09-05-2016

Alman faşizmi üzərində qələbədən 72 il ötür

09-05-2017

Faşizm üzərində qələbədən 78 il ötür

09-05-2023

Faşizm üzərində qələbənin 75 illiyi münasibətilə poçt markası buraxılıb

02-09-2020

Bakcell müharibə veteranlarına həsr olunmuş sərgiyə dəstək göstərib

08-05-2019

Heydər Əliyevin anadan olmasının 96-cı ildönümüdür

10-05-2019

Prezident sosial müavinətləri artırdı - Sərəncam

26-02-2019

Ümummilli lider Heydər Əliyevin vəfatından 19 il ötür

12-12-2022

27 sentyabr Azərbaycanda Anım Günüdür

27-09-2024

XRİTDX-də 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

07-11-2025

Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyidir

10-05-2023

Ümummilli lider Heydər Əliyevin 93 yaşı tamam olur

10-05-2016

Ümummilli lider Heydər Əliyevin anadan olmasından 95 il ötür

10-05-2018

Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür

10-05-2026

“Zəfər” altsistemi sistemli və çevik məlumat mübadiləsinə imkan yaradıb

07-06-2022

KATV1 şəhid ailələrini və I qrup müharibə əlillərini ödənişsiz TV və internetlə təmin edəcək.

04-02-2021

ETX-də Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

08-11-2025

Azercell şəhidlərin həyat yoldaşlarına da təhsil üçün təqaüd ayırıb

19-11-2021

“Aztelekom” şəhid ailələri və müharibə əlilləri üçün internet xidmətlərini xüsusi güzəştlə təklif edir

20-09-2023

Azərbaycanda Ümumxalq Hüzn Günüdür

20-01-2018

Ramin Quluzadə Yaponiyanın yeni səfirinə Ermənistanın təxribatları barədə danışıb

16-10-2020

“Baktelecom” Vətən müharibəsində iştirak etmiş rabitəçilərlə görüş keçirib

10-07-2021

"Ağıllı şəhərlərdə Kibermüharibə"nin finalında iştirak edəcək komandalar məlum olub

17-09-2025

“Nar” Qarabağ müharibəsi veteranları üçün xüsusi güzəştlər təqdim edir

21-01-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə