Previous Next
Bağla

Alternativ autentifikasiya üsulları populyarlaşır

22-07-2015 10:59
Alternativ autentifikasiya üsulları populyarlaşır

Accenture şirkətinin tədqiqatları göstərir ki, əksər istifadəçilər ad və parollardan istifadədən yorulub və alternativ autentifikasiya üsullarında maraqlıdır.

Xəbərlər-in RYTN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, ekspertlər hesab edir ki, hazırda biometrik autentifikasiya texnologiyalarına potensial tələbat duyulur.

İstifadəçilər ənənəvi parolları və PİN-kodları digər autentifikasiya metodları ilə əvəzləmək istəyir. Respondentlərin 60 faizi istifadəçi adlarını və parolları narahat hesab edir, 77 faizi internetdə informasiya mühafizəsinin alternativ üsullarından istifadədə maraqlıdır.

Tədqiqatdan məlum olub ki, istifadəçilərin alternativ autentifikasiya üsullarına hazırlığı ölkələrdən asılıdır. Belə ki, Çin istifadəçilərinin 92 faizi və Hindistan istifadəçilərinin 84 faizi standart parollar əvəzinə digər autentifikasiya üsullarını sınaqdan keçirməyə hazırdır. Braziliya, Meksika və İsveçdə belə istifadəçilərin sayı 78 faiz, ABŞ-da 74 faiz təşkil edir.

Dünya istehlakçılarının 46 faizi öz fərdi məlumatlarının təhlükəsizliyinə əmindir. Bununla yanaşı, bu məsələdə inkişaf etməkdə olan ölkələrin sakinlərinin əminliyi inkişaf etmiş ölkələrin sakinləri ilə müqayisədə müvafiq olaraq 50 və 42 faiz təşkil edir.

Sorğu zamanı 2014-cü ilin oktyabr-noyabrında 24 ölkədə 24 min istifadəçinin rəyi öyrənilib.

Xeberler.az 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Almaniya sakinləri mobil ödənişlərə etibar etmir

17-06-2015

İstifadəçilər smartfonların təhlükəsizliyindən narahatdır

19-11-2015

Parolları əvəz edəcək yeni autentifikasiya sistemi hazırlanıb

26-05-2015

Onlayn bankçılıqdan sadə əməliyyatlar üçün istifadə edilir

02-05-2015

Yeni texnologiyalar nağd pulları əvəz edir

01-09-2015

“iPhone 6” istifadəçilərinin əksəriyyəti “Apple pay”-dən ödəniş edir

23-05-2015

Televiziya gənclər arasında mövqeyini itirir

25-05-2015

Facebook-dan statistika

19-11-2011

Smartfon internetə daxil olmaq üçün əsas vasitədir

20-08-2015

Amerikalılar telefonla edilən ödənişləri perspektivsiz adlandırıb

15-07-2015

“İCANN” insanların İnternet trendləri ilə bağlı biliklərini yoxlayıb

03-06-2015

Şirkətlər onlayn fırıldaqçılığı ən böyük problem hesab edir

23-07-2015

Azərbaycanda internet istifadəçilərinin sayı 2,5 faiz artıb

26-04-2021

Piyadalar yolu telefondan ayrılmadan keçirlər- Araşdırma

16-11-2015

Smartfonların təhlükəsizlik məsələsi müzakirə olunub

23-10-2015

“Başlıqlar sosial şəbəkələr üçün əsasdır”

18-06-2015

ABŞ-da smartfon istifadəçiləri təhlükəsizlik barədə düşünmür

29-03-2011

Sosial şəbəkə istifadəçilərinin sayı 10 dəfə artıb

14-10-2015

iPhone istifadəçilərinin yarısı yeni iPhone 7 alacaq

06-09-2016

Hansı region mobil maliyyə sahəsində liderdir?

06-10-2015

ABŞ sakinləri arasında smartfon və planşet sahiblərinin sayı məlum olub

31-10-2015

Avropalılar kontaktsız ödənişə üstünlük verir

11-09-2015

Təhlükəsizlik üzrə mütəxəssislər ən çox vaxtı problemlərin həllinə sərf edirlər

23-07-2015

“Mobil qurğular istifadəçilərin sənəd çapına olan münasibətlərini dəyişir”

22-07-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə