Previous Next
Bağla

İstifadəçilər smartfonların təhlükəsizliyindən narahatdır

19-11-2015 11:13
İstifadəçilər smartfonların təhlükəsizliyindən narahatdır

BroadbandGenie.co.uk şirkətinin apardığı tədqiqata görə, smartfon istifadəçilərinin 55 faizi Böyük Britaniya hüquq-mühafizə orqanlarının mobil qurğulara nəzarət edə bilməsindən narahatdır.

Xeberler.az-ın məlumatına görə, rəyi soruşulan Britaniya sakinlərinin 53 faizi daha çox hüquq-mühafizə orqanlarının öz vəzifə səlahiyyətlərindən sui-istifadə edə bilməsindən ehtiyat edir. Həmçinin respondentlərin 24 faizi bununla insan haqlarının pozulmasını, 23 faizi hüquq-mühafizə orqanlarının səlahiyyətinin düzgün müəyyənləşdirilməməsini düşünür.  

Bundan başqa, respondentlərin 59 faizi bildirib ki, onların smartfonları haker və fırıldaqçı hücumlarından mühafizə edilməyib, habelə onların 57 faizi mümkün təhlükəsizlik üsullarına tam etibar etmir, 36 faizi proqramların təhlükəsiz olmasına əmin deyil.   

 Britaniya smartfon istifadəçilərinin 64 faizi mobil ödənişlərin mühafizə olunmaması fikrindədir.

Qeyd edək ki, rəyi soruşulanların 45 faizi Britaniya hüquq-mühafizə orqanlarının mobil qurğulara nəzarət etməsində pis heç nə görmür. Sorğu iştirakçılarının 65 faizi gizlədiləsi heç nəyin olmamasını, 18 faizi belə tədbirlərin ölkənin qorunması naminə lazım olmasını, 14 faizi hüquq-mühafizə orqanlarının öz səlahiyyətlərindən qanun çərçivəsində istifadə edəcəyini bildirib.

Britaniya smartfon istifadəçiləri arasında ən populyar təhlükəsizlik üsulları ekranın PİN-kodla bloklanması (52 faiz), antivirus proqramları (24 faiz), parol (16 faiz) və qrafik təsvirlərdir (15 faiz). Bununla yanaşı, respondentlərin 20 faizi telefonlarında mühafizə sistemlərinin mövcudluğuna əmin olmamasını qeyd edib.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Almaniya sakinləri mobil ödənişlərə etibar etmir

Almaniya sakinləri mobil ödənişlərə etibar etmir

17-06-2015
İstifadəçilər veb-kameralara müdaxilədən narahatdır

İstifadəçilər veb-kameralara müdaxilədən narahatdır

03-12-2015
ABŞ-da smartfon istifadəçiləri təhlükəsizlik barədə düşünmür

ABŞ-da smartfon istifadəçiləri təhlükəsizlik barədə düşünmür

29-03-2011
Piyadalar yolu telefondan ayrılmadan keçirlər- Araşdırma

Piyadalar yolu telefondan ayrılmadan keçirlər- Araşdırma

16-11-2015
Şirkətlər məlumat sızmasından şikayət edir

Şirkətlər məlumat sızmasından şikayət edir

08-10-2015
Təhlükəsizlik üzrə mütəxəssislər ən çox vaxtı problemlərin həllinə sərf edirlər

Təhlükəsizlik üzrə mütəxəssislər ən çox vaxtı problemlərin həllinə sərf edirlər

23-07-2015
Amerikalılar telefonla edilən ödənişləri perspektivsiz adlandırıb

Amerikalılar telefonla edilən ödənişləri perspektivsiz adlandırıb

15-07-2015
Alternativ autentifikasiya üsulları populyarlaşır

Alternativ autentifikasiya üsulları populyarlaşır

22-07-2015
Facebook-dan statistika

Facebook-dan statistika

19-11-2011
Hansı region mobil maliyyə sahəsində liderdir?

Hansı region mobil maliyyə sahəsində liderdir?

06-10-2015
Smartfonların təhlükəsizlik məsələsi müzakirə olunub

Smartfonların təhlükəsizlik məsələsi müzakirə olunub

23-10-2015
Smartfon internetə daxil olmaq üçün əsas vasitədir

Smartfon internetə daxil olmaq üçün əsas vasitədir

20-08-2015
Azərbaycanda internet istifadəçilərinin sayı 2,5 faiz artıb

Azərbaycanda internet istifadəçilərinin sayı 2,5 faiz artıb

26-04-2021
“İCANN” insanların İnternet trendləri ilə bağlı biliklərini yoxlayıb

“İCANN” insanların İnternet trendləri ilə bağlı biliklərini yoxlayıb

03-06-2015
Britaniyada mobil ödənişlərdən istifadə artacaq

Britaniyada mobil ödənişlərdən istifadə artacaq

16-04-2015
“Mobil qurğular istifadəçilərin sənəd çapına olan münasibətlərini dəyişir”

“Mobil qurğular istifadəçilərin sənəd çapına olan münasibətlərini dəyişir”

22-07-2015
Televiziya gənclər arasında mövqeyini itirir

Televiziya gənclər arasında mövqeyini itirir

25-05-2015
Sosial şəbəkə həvəskarları Böyük Britaniyaya baha başa gəlir

Sosial şəbəkə həvəskarları Böyük Britaniyaya baha başa gəlir

06-08-2010
iPhone istifadəçilərinin yarısı yeni iPhone 7 alacaq

iPhone istifadəçilərinin yarısı yeni iPhone 7 alacaq

06-09-2016
 “İnformasiya təhlükəsizliyi sahəsində təhdidlərin qarşısını almaq çətinləşir”

“İnformasiya təhlükəsizliyi sahəsində təhdidlərin qarşısını almaq çətinləşir”

08-05-2015
Şirkətlər təhlükəli kiberhücumlara hazır deyil

Şirkətlər təhlükəli kiberhücumlara hazır deyil

04-04-2015
Hər ikinci şəxs yaxınlarının telefon nömrəsini xatırlamır

Hər ikinci şəxs yaxınlarının telefon nömrəsini xatırlamır

08-07-2015
Azərbaycanda sənaye istehsalı 40 mlrd. manata yaxınlaşıb

Azərbaycanda sənaye istehsalı 40 mlrd. manata yaxınlaşıb

15-08-2023
Instagram-da yenə problem yaranıb

Instagram-da yenə problem yaranıb

04-08-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə