“Bloomberg” agentliyinin məlumatına görə, “Amazon” şirkəti 2021-ci ilədək kassasız, satıcısız və növbəsiz şəkildə işləyən 3000-dək avtomatlaşdırılmış supermarket istifadəyə verməyi planlaşdırır. Şirkət 2016-cı ilin sonunda Siyetldə “Go” adlı ilk avtomatlaşdırılmış supermarketini açıb. 1 ay əvvəl Siyetldə ikinci belə supermarket istifadəyə verilib. Üçüncü belə mağaza ötən həftə Çikaqoda açılıb.
Xeberler.az xarici mediaya istinadən yazır ki, belə mağazadan istifadə etmək üçün alıcı öz mobil qurğusuna mobil tətbiq quraşdıraraq cihazı supermarketin girişində quraşdırılmış oxuducu qurğuya yaxınlaşdırmalıdır.
Daha sonra məhsulu seçərək zənbilə qoymaq olar. Mağazada qurulmuş “ağıllı” sensor və skanerlər sistemi məhsul və onun qiymətini müəyyənləşdirəcək. Mağazadan çıxarkən zənbilə əlavə edilmiş məhsulların yekun qiyməti alıcının hesabından avtomatik çıxılacaq. Hansısa məhsulu geri qaytarmaq üçün onu, sadəcə, öz yerinə qoymaq lazımdır.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri