Çinin Alibaba şirkəti “Smile to Pay” sifətin tanınması sisteminin köməyilə ödəniş etmək texnologiyasını hazırlayıb.
Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, Alipay adlı yeni xidmət Xançjou şəhərində yerləşən KFC kafesində sınaqdan keçirilir.
Proses artıq tamamilə avtomatlaşdırılıb. Belə ki, alıcı rəqəmsal kioskdan istədiyi məhsulu seçir. Ödəniş etmək üçün isə sadəcə kameraya gülümsəmək və telefon nömrəsini söyləmək kifayət edir.
Şirkət nümayəndələrinin sözlərinə görə, sifətin tanınması sistemini alıcının fotoşəkili ilə aldatmaq mümkün deyil. Hər halda bu baş verərsə, şirkət bütün xərcləri ödəməyi üzərinə götürür.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri