Previous Next
Bağla

Apple şirkəti onlayn satışdan qazanacaq

11-04-2015 10:31
Apple şirkəti onlayn satışdan qazanacaq

Müştərilərinin mağaza qarşısındakı uzun növbələr yaratmasını istəməyən Apple-ın yeni planı nədir?

Yeni bir Apple məhsulu bazara çıxarkən, Apple pərəstişkarlarının mağazaların qarşısında növbələr yaratmasına artıq hər kəs öyrəşib. Ancaq Apple artıq mağaza önündəki məhsul növbələrinə son qoymaq niyyətindədir.

İddialara görə, şirkət mağaza sayını azaltmağı da planlaşdırır. Bunun üçün də müştərilərini onlayn mağazalarına istiqamətləndirmək niyyətindədir. Beləcə, müştərilər daha məhsul bazara çıxmadan ön sifariş verərək, məhsulun bazara çıxış tarixində evlərinə gəlməsini təmin edə biləcəklər. Həmçinin, mağaza sayı azaldılaraq, xərclər də aşağı salınmış olunacaq.

 

                                                                                          Sevil Rəsulzadə

ŞƏRHLƏR





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə