Previous Next
Bağla

YTP məhsulları Azexport-la ixrac olunacaq

16-04-2018 14:15
YTP məhsulları Azexport-la ixrac olunacaq

Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkı (YTP) Azexport-la əməkdaşlığın yeni mərhələsinə start verib. 

Xeberler.az-ın İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən verdiyi məlumata görə, YTP-nın istehsal etdiyi sürtgü və motor yağlarına mövcud tələbi nəzərə alaraq, məhsulların Azexport portalında yerləşdirilməsi ilə bağlı müzakirə aparılıb. 

Azexport portalının rəhbəri Zaur Qardaşovun, YTP-nın direktoru Vüqar Babayevlə apardığı danışıqlar zamanı həmçinin Millers Oils və TSZ markası altında istehsal edilən yağların Azexport-da və beynəlxalq platformalarda marketinq və satış imkanları dəyərləndirilib və müzakirə edilib.

Qeyd edək ki, YTP-nın məhsullarının keyfiyyəti yerində təşkil olunmuş laboratoriyada nəzarətdən keçirilir ki, bu da xarici tərəfdaşlara əlavə zəmanət verməyə imkan yaradır. Müzakirə zamanı bildirilib ki, yerli istehsal olan yağlar keyfiyyət göstəricilərinə görə, dünyanın ən aparıcı yağ markaları ilə rəqabət apara bilərlər.Nəzərə alsaq ki, məhsulların qiyməti də kifayət qədər rəqabətliqabiliyyətli olduğundan, bu kateqoriyadan olan məhsulların xarici bazarlarda uğur qazanma ehtimalı çox yüksəkdir.

Zaur Qardaşov bilidirb ki, Azexport portalının araşdırmalarına görə, sürtgü və motor yağları üçün yaxın illərdə xarici bazarlarda marketinq strategiyası düzgün qurulacağı təqdirdə Azərbaycan illik 500 mln. ABŞ dolları həcmində müxtəlif növ motor və sürtgü yağları ixrac edə bilər. AMEA YTP-nın digər yerli və beynəlxalq bazarlarda maraqlı olacaq məhsulu müxtəlif təyinatlı uçan dronlardır. Dronlar hazırda iqtisadiyyatın müxtəlif sahələrində istifadə edilir və onların dünyada illik bazarı orta hesabla 15-20% artır. Bu məhsulun da portalda yerləşdirilməsi və eyni zamanda beynəlxalq elektron platformalar vasitəsilə marketinqinin aparılması istiqamətində razılıq əldə edilib. Digər əldə olunmuş razılığa əsasən, dronların "Azexport"un Azərbaycan daxili az həcmli çatdırılmalarında test sınaqları keçiriləcək.

Qeyd edək ki, AMEA Yüksək Texnologiyalar Parkı, Prezident İlham Əliyevin 8 noyabr 2016-cı il tarixli sərəncamı ilə yaradılıb. Hazırda AMEA YTP-də 7 rezident fəaliyyət göstərir - "AMEA Təcrübə-Sənaye Zavodu" MMC, Millers Oils Azerbaijan MMC, Elm və Texnologiya Parkı MMC, AGRO Bio Eco Tech MMC, EPC Group MMC, DN TECHNOLOGIES MMC və Alqoritmika MMC. Bu rezidenlərdən artıq üçü istehsala başlayıb və digərlərinin quraşdırma işlərini davam etdirilir.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycanlı alim Xəlil Kələntər AMEA Yüksək Texnologiyalar Parkının qonağı olub

Azərbaycanlı alim Xəlil Kələntər AMEA Yüksək Texnologiyalar Parkının qonağı olub

04-05-2022
AMEA YTP fəaliyyətini genişləndirir

AMEA YTP fəaliyyətini genişləndirir

02-08-2017
Yüksək Texnologiyalar Parkına yeni rezident qəbul olunub

Yüksək Texnologiyalar Parkına yeni rezident qəbul olunub

05-07-2019
AMEA YTP-da 45 adda innovativ məhsul istehsal olunur

AMEA YTP-da 45 adda innovativ məhsul istehsal olunur

09-02-2017
YTP-də yeni təyinatlar olub

YTP-də yeni təyinatlar olub

15-01-2020
İnnovativ məhsulların istehsalata tətbiqi məsələsi müzakirə olunub

İnnovativ məhsulların istehsalata tətbiqi məsələsi müzakirə olunub

06-09-2016
Texnopark “Teknofest” festivalında 5 rezidentlə təmsil olunacaq

Texnopark “Teknofest” festivalında 5 rezidentlə təmsil olunacaq

17-05-2022
“Azexport” portalı ABŞ-nin Kaliforniya ştatından sifariş alıb

“Azexport” portalı ABŞ-nin Kaliforniya ştatından sifariş alıb

05-01-2026
“Azexport”un dəstəyi ilə Azərbaycandan Efiopiyaya un məmulatları ixrac olunacaq

“Azexport”un dəstəyi ilə Azərbaycandan Efiopiyaya un məmulatları ixrac olunacaq

16-09-2024
Azexport portalının uğurlarına aid Video İcmal hazırlanıb

Azexport portalının uğurlarına aid Video İcmal hazırlanıb

15-11-2019
Azexport portalının dəstəyi ilə ixrac coğrafiyası genişlənir

Azexport portalının dəstəyi ilə ixrac coğrafiyası genişlənir

22-11-2019
Elmin İnkişafı Fondunun icraçı direktoru AMEA Yüksək Texnologiyalar Parkında olub

Elmin İnkişafı Fondunun icraçı direktoru AMEA Yüksək Texnologiyalar Parkında olub

21-06-2022
"Azexport" daha bir məhsula Sərbəst Satış Sertifikatı verib

"Azexport" daha bir məhsula Sərbəst Satış Sertifikatı verib

09-10-2025
Yüksək Texnologiyalar Parkının əsasnaməsi təsdiq olunub

Yüksək Texnologiyalar Parkının əsasnaməsi təsdiq olunub

07-08-2019
Yaradıcı məhsulların Azexport portalı ilə ixrac imkanları mövzusunda  təqdimat keçirilib

Yaradıcı məhsulların Azexport portalı ilə ixrac imkanları mövzusunda təqdimat keçirilib

10-10-2019
Hərbi təyinatlı dron sınaqdan keçirilib

Hərbi təyinatlı dron sınaqdan keçirilib

21-09-2019
Amazon-la qazan təlimlərinə start verilib

Amazon-la qazan təlimlərinə start verilib

25-10-2018
Amazonla qazan təliminə start verilib

Amazonla qazan təliminə start verilib

02-11-2018
Azexport Google Market Finder-ə qoşulub

Azexport Google Market Finder-ə qoşulub

20-06-2018
Pirallahı YTP-da ofis sahələrinin tikintisinə başlanacaq

Pirallahı YTP-da ofis sahələrinin tikintisinə başlanacaq

04-11-2015
YTP-nin Elm və Təhsil Nazirliyinə verilməsi işləri fevralda yekunlaşacaq

YTP-nin Elm və Təhsil Nazirliyinə verilməsi işləri fevralda yekunlaşacaq

06-02-2023
Azexport yeni elektron satış portalları ilə əməkdaşlığa başlayıb

Azexport yeni elektron satış portalları ilə əməkdaşlığa başlayıb

27-07-2018
ETN-nin Yüksək Texnologiyalar Parkı SABAH.HUB-a veriləcəkmi ?

ETN-nin Yüksək Texnologiyalar Parkı SABAH.HUB-a veriləcəkmi ?

09-12-2023
Azexport portalı növbəti sərbəst satış sertifikatlarını təqdim edib

Azexport portalı növbəti sərbəst satış sertifikatlarını təqdim edib

18-06-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə