ABŞ hökuməti amerikalıların Çinin süni intellekt şirkəti “DeepSeek”in chatbotuna girişini əngəlləyə bilər.
Xeberler.az bildirir ki, bu barədə “New York Times” məlumat yayıb.
Nəşrin mənbələrinin bildirdiyinə görə, Donald Tramp administrasiyası amerikalıların “DeepSeek” xidmətlərinə girişinə qadağa qoyulması, eləcə də Çin şirkətinin ABŞ texnologiyaları, xüsusən də süni intellekt texnologiyaları üçün çiplər almasını əngəlləmək imkanlarını nəzərdən keçirir. Vaşinqton, həmçinin Çin şirkətinin Amerika çiplərinin alınması ilə bağlı mövcud məhdudiyyətlərdən yan keçib-keçmədiyini müəyyən edəcək.
Qəzet qeyd edir ki, “DeepSeek”ə qarşı tədbirlər Ağ evin süni intellekt sahəsində Çindən geri qalmaq qorxusundan irəli gəlir. Bu da öz növbəsində milli təhlükəsizlik və geosiyasət sahəsində ciddi mənfi nəticələrə gətirib çıxara bilər.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları