Previous Next
Bağla

Çin universitetləri süni intellekt üzrə imkanları genişləndirmək üçün tələbə qəbulunu artırır

10-03-2025 17:00
Çin universitetləri süni intellekt üzrə imkanları genişləndirmək üçün tələbə qəbulunu artırır

Çinin bir neçə aparıcı universiteti ‘‘milli strateji ehtiyaclar” adlandırılan sahələrdə, xüsusən də süni intellekt (AI) sahəsində imkanları genişləndirmək məqsədilə bakalavr proqramlarına qəbulun artırılması planlarını açıqlayıb.

Xeberler.az məlumat verir ki, bu açıqlamalar fevral ayında Çin universitetlərinin böyük marağa səbəb olan “DeepSeek” startapı əsasında süni intellekt kurslarına başladıqdan sonra verilib.

ABŞ-dakı ən qabaqcıl modellərlə müqayisə edilən, lakin xeyli ucuz olan süni intellekt modellərinin yaradılması Çinin “Peyk anı” adlandırılıb.

Analitiklərin fikrincə, Çinin elit universitetlərindən tədqiqatçıların çalışdığı “DeepSeek” startapının uğuru Pekinin STEM sahəsində geniş istedad bazası yaradan investisiyaları, həmçinin ABŞ-ın çinli tələbələrə viza məhdudiyyətlərini qoyması nəticəsində gənclərin milli texnologiyaya daha çox həvəs göstərməsi ilə bağlıdır.

Pekin Universiteti, Renmin Universiteti və Şanxay Tsyaotun Universiteti 2025-ci ildə süni intellekt, milli strateji əhəmiyyət kəsb edən istiqamətlər üzrə fundamental fənlər və yeni qabaqcıl sahələrdə imkanları genişləndirmək, həmçinin istedadlıları müəyyən etmək üçün hər biri 150 bakalavr yeri əlavə edəcəklərini bildirir.

Yanvar ayında Çin 2035-ci ilə qədər güclü təhsil dövləti qurmaq üçün ilk milli fəaliyyət planını açıqlayıb və bu sənəd təhsilin inkişafının əlaqələndirilməsinə, innovasiyaların gücləndirilməsinə, qüdrətli ölkənin qurulmasına kömək etmək məqsədi daşıyır.

Dekabr ayında təhsil orqanları şagirdlərin yaradıcılığını, elmi maraqlarını və rəqəmsal bacarıqlarını inkişaf etdirmək üçün ibtidai və orta məktəblərdə süni intellekt təlimini tətbiq edəcəklərini bildiriblər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Çin süni intellekti dərs proqramlarına daxil edir

17-04-2025

Amerikalıların “DeepSeek”ə girişi qadağan edilə bilər

17-04-2025

Süni intellekt üzrə bakalavr proqramı başlayır

22-05-2018

Çin "DeepSeek" işçilərinə məhdudiyyət qoyub

17-03-2025

Bakıda 6-cı Beynəlxalq Süni İntellekt və Big Data Forumu keçirilir

11-04-2025

Qazaxıstan və Çin süni intellekt laboratoriyasının yaradılması üzrə layihəyə başlayacaq

09-02-2025

Çin 2030-cu ilə qədər süni intellekt sahəsində ABŞ-ı keçməyi hədəfləyir

26-03-2025

Süni İntellekt Akademiyası fəaliyyətə başlayıb

08-09-2025

“Alibaba” süni intellekt modelinin yeni versiyasını təqdim edib

29-01-2025

Avropa İttifaqı 56 milyon dollarlıq süni intellekt modeli yaradacaq

03-02-2025

“Alibaba” süni intellektin inkişafına 52 milyard dollar sərmayə yatıracaq

24-02-2025

Google süni intellekt və məlumat mərkəzlərinə 9 milyard dollar ayıracaq

28-08-2025

Aİ süni intellekt sahəsinə 1,3 milyard avro investisiya yatıracaq

31-03-2025

Süni intellekt üzrə Milli Strategiya üçün Yol Xəritəsi tərtib edilib

26-01-2023

Milli Süni İntellekt Mərkəzi 3 süni intellekt layihəsini istifadəyə verib

11-12-2025

Elçin Babayev: BDU-da Süni intellekt etikası kafedrası yaradılıb

16-10-2025

Ekspert: Süni intellekt Azərbaycan universitetlərində necə inkişaf edir?

15-01-2026

Şanxayda "Qlobal Tərtibatçılar Konfransı" keçirilib

24-02-2025

Nvidia: Çin süni intellekt yarışında ABŞ-yə qalib gələcək

06-11-2025

“Meta” süni intellekt sahəsinə 60-65 milyard dollar sərmayə qoyacaq

25-01-2025

4SİM yerli universitetlər üçün infosessiya keçirib

03-10-2025

Çin səhiyyədə süni intellekt istifadəsini genişləndirir

05-11-2025

Milli Süni İntellekt Strategiyası gələn il hazır olacaq

16-12-2022

Bakı Ali Neft Məktəbində Süni intellekt elmi-tədqiqat laboratoriyası fəaliyyətə başlayıb

28-03-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə