“Amerikanın səsi” və “Azadlıq” radiolarının “Türksat” peykində yayımı bərpa olunub

10-11-2009 / 20:05

“Azadlıq” və “Amerikanın səsi” və radiolarının Azərbaycan xidmətlərinin Türksat peyki vasitəsi ilə yayımı bərpa olunub.

Xeberler.az bildirir ki, artıq bu radiokanalları TürkSat-ın radio bölümündə dinləmək mümkündür.

Qeyd edək ki, hər iki radionun TürkSat-da yayımı oktyabrın 27-dən dayandırılmışdı.

Azadlıq radiosunun internet səhifəsində radioların yayımının dayandırılmasını texniki səbəblərlə izah edilsə də, texniki problemin nə vaxt aradan qaldırılması ilə bağlı hər hansı məlumat verilmirdi.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə