“Android” platforması “hi-tech” bazarında ən sürətli inkişaf edən məhsuldur

07-11-2013 / 23:13
Analitik Qorasiy Dedyu gəldiyi nəticəyə əsasən, “Android” əməliyyat sistemini “hi-tech” bazarda ən sürətli inkişaf edən məhsul hesab etmək olar.

O, “Asymco” şirkətində işləyən həmkarları ilə birgə texnoloji layihələrin populyarlıq diaqramını tərtib edib. Ekspertlər deyiblər ki, “Android” ƏS-nin çıxarılmasından 5 il sonra bu platforma ilə işləyən qurğu istifadəçilərinin sayı 1 milyardı ötüb.

 Müqayisə üçün, “iOS” cihazların auditoriyası 23 rübdən sonra 700 milyon olub. Başqa mobil ƏS bu göstəricilərdən uzaqdır. Məsələn, “Symbian” platforması ilə işləyən smartfon istifadəçilərinin ümumi sayı sözügedən sistemin çıxarılmasından 11 il sonra 450 milyon olub. (ictnews.az)

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə