Previous Next
Bağla

ANS MYMŞ Yaradıcılıq Şurası bəyanat yayıb

19-06-2009 21:21
ANS MYMŞ Yaradıcılıq Şurası bəyanat yayıb

ANS MYMŞ Yaradıcılıq Şurası MTRŞ-ın ANS ÇM-in guya qurumun Xüsusi Qaydalarını pozması barədə KİV-ə verdiyi məlumatların araşdırılmasını başa çatdırıb.Bu barədə http://anspress.com saytında məlumat verilib.

Məlumatda bildirilir ki, ANS Müstəqil Yayım və Media Şirkətinin Yaradıcılıq Şurası Milli Televiziya və Radio Şurasının ANS ÇM-in guya “Teleradio yayımı haqqında” qanunun 32.0.9 maddəsinin milli-mənəvi dəyərlərin qorunmasına ardıcıl əməl olunması ilə bağlı tələblərini və uşaqların, yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vuran hallarla bağlı MTRŞ-ın qəbul etdiyi Xüsusi Qaydaları pozduğu barədə Kütləvi İnformasiya Vasitələrinə verdiyi məlumatların araşdırılmasını başa çatdırıb. Bu gün keçirilən toplantıdan sonra Yaradıcılıq Şurasının sədri Mirşahin Ağayev mətbuata açıqlama verib:

«ANS-in hüquq departamentinin də yaxından iştirakı ilə çox səylə apardığımız 3 günlük araşdırmalar göstərdi ki, Milli Televiziya və Radio Şurasının ANS ÇM radiostansiyasına şifahi xəbərdarlığı barədə KİV-də yayılan məlumatlar əsassızdır və bu barədə təcili təkzib verilməlidir ». Mirşahin Ağayevin sözlərinə görə, ANS-in Yaradıcılıq Şurası araşdırmalar zamanı Milli Teleradio Şurasının məlumatını heç bir fakta əsaslanmayan, hansısa qeyri-müəyyən \"çoxsaylı dinləyici zənginə\" söykənən qərəzli məlumat olduğu qənaətinə gəlib.

Xatırladaq ki, bu yaxınlarda MTRŞ-ya ANS ÇM-in «Gənc Klub» verilişi ilə bağlı radio-stansiyanın Baş Direktoru və hüquqşünası dəvət edilərək onlara burada milli-mənəvi dəyərlərə əməl olunmaması barədə irad bildirilmişdi. Lakin radio rəsmiləri bu ittihamlarla qətiyyən razılaşmayaraq həmin verilişin yazıldığı diski təqdim etmişdilər. Televiziya və Radio Şurası isə diskə QULAQ asmaqdan imtina edərək «çoxsaylı dinləyici zənglərini» istinad gətirmişdi. Radionun təmsilçiləri Qurumu tərk edəndən dərhal sonra Şura Kütləvi İnformasiya Vasitələrinə guya ANS ÇM-in \"Gənc Klub\" verilişində bir neçə dəfə milli-mənəvi dəyərləri nəzərə almayan, etik normalara uyğun olmayan halların qeydə alınması və radiostansiyanın milli-mənəvi dəyərlərə zidd olan mövzuları müzakirəyə çıxarmaqla \"Teleradio yayımı haqqında\" qanunun tələblərini və MTRŞ-nın qəbul etdiyi Xüsusi Qaydaları pozması barədə məlumat ötürmüşdü.
Mirşahin Ağayevə görə isə «Əslində bu iddia heç bir real fakta əsaslanmayan, hansısa qeyri-müəyyən \"dinləyici zəngləri\"nə söykənən, həqiqətdən çox uzaq məlumatdır və ANS-i gözdən salmağa yönəlmiş kampaniyanın tərkib hissəsi olmaqdan başqa bir şey deyil\".

Vitse-prezident daha sonra deyib: «Biz məlumatı araşdırdıq və birmənalı şəkildə əmin olduq ki, \"Teleradio yayımı haqqında\" qanunun nəinki 32.09-cu maddəsinin, ümumiyyətlə heç bir qanunun pozulmasından söhbət belə gedə bilməz. Fəaliyyətinin başlıca xəttini vətənpərvərlik və halallıq təşkil edən ANS-in adının belə hallandırılması onun cəmiyyətdəki nüfuzunun aşağı salınmasına yönəlmiş addımdır.

Şirkətlər Qrupunun vitse-prezidenti daha sonra deyib: «MTRŞ ötən il noyabrın 11-də də ANS TV-ni qərəzli cəzalandırmışdı. O vaxt ANS Milli Televiziya və Radio Şurasına rəsmi etiraz məktubu göndərməklə ANS TV-yə elan edilmiş xəbərdarlığı ləğv etməyə çağırsa da, qurum bu müraciəti cavabsız buraxmışdı\".

Bütün bunların təsadüfi olmadığını, əksinə tədricən cəmiyyətdə ANS-in qanunlara sayğısız yanaşdığını təlqin etmək məqsədi daşıdığını deyən Mirşahin Ağayev daha sonra bildirib: «Mən demokratik Azərbaycanda yaşadığımıza inanıram və əminəm ki, prezident İlham Əliyevin müdaxiləsindən sonra öz fəaliyyətini bərpa edən şirkətimizi gözdən salmaq mümkün olmayacaq. MTRŞ-nın ANS ÇM-i milli və mənəvi dəyərləri pozan verilişlər yaymaqda günahlandırmasına gəlincə, bu, Azərbaycanın qəhrəmanlıq tarixini özündə əks etdirən ANS-ə yönəldilmiş əsassız ittihamdır və arxasında məkrli məqsədlər var. ANS - milli-mənəvi dəyərlərin bayraqdarıdır və ona məhz bu zəmində ləkə vurmağa çalışmaq təxribatdan başqa bir şey deyil».

Mirşahin Ağayev fikrini belə yekunlaşdırıb: «3 ilə yaxındır ki, ANS MTRŞ-ın əsassız qərarlarına və qeyri-real iddialarına münasibət bildirməmək siyasəti yürüdür. Biz bununla qarşı tərəfə öz qərarlarına daha peşəkar yanaşmaq şansı verirdik. Amma görünür Milli Televiziya və Radio Şurasında bu davranışı başqa şəkildə qəbul edirlər. Biz bundan sonra Qurumun obyektivlikdən uzaq qərarlarına münasibətimizi dərhal bildirəcəyimizi bəyan etməklə Milli Televiziya və Radio Şurasını öz addımlarında daha məsuliyyətli olmağa çağırırıq. İlk belə addım isə ANS ÇM-ə şifahi xəbərdarlıq edilməsi ilə bağlı kütləvi informasiya vasitələrində yayılmış məlumatların təkzib edilməsi ola bilərdi və biz bunun məhz belə olacağına inanırıq».

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Milli Televiziya və Radio Şurası ANS ÇM radiostansiyasına xəbərdarlıq edib

16-06-2009

Milli Televiziya və Radio Şurası radioların monitorinqinə başlayıb

09-10-2009

MTRŞ qərarını geri götürdü- “Hesabat” verilişinin yayımı bərpa edildi

23-01-2016

MTRŞ Mirşahin Ağayevin verilişinin yayımını dayandırdı

22-01-2016

ANS ÇM-in şikayəti təmin edilməyib

08-11-2016

Ali Məhkəmə ANS-in kassasiya şikayətini təmin etməyib

21-09-2016

ANS-in MTRŞ-ya qarşı şikayəti üzrə məhkəmə keçirilib

10-08-2016

Məhkəmə ANS TV-nin yayım lisenziyasını ləğv etdi

29-07-2016

MTRŞ ANS TV-nin tezliyi ilə bağlı məsələyə aydınlıq gətirib

31-08-2016

ANS Ali Məhkəməyə şikayət etdi

01-08-2016

ANS-in lisenziyasının ləğvi ilə bağlı məhkəmə başlayıb

29-07-2016

ANS-in vəkili məhkəmədən vaxt istəyib

15-09-2016

ANS məhkəmə qərarından apellyasiya şikayəti verib

07-09-2016

ANS-in növbəti məhkəməsinin vaxtı açıqlanıb

11-10-2016

ANS-in tezliyi hər hansı bir yayımçıya verilməyənə qədər boş qalacaq

05-08-2016

Məhkəmə ANS ÇM-in iddiasını təmin etməyib

09-09-2016

Məhkəmə ANS-in MTRŞ-a qarşı iddiasını təmin etməyib

12-11-2015

Azərbaycanda ilk özəl televiziya kanalı olan ANS-in 18 yaşı tamam olur

26-11-2009

MTRŞ-nın ANS-ə qarşı iddiası əsasında məhkəmə iclası keçirilib

26-07-2016

ANS-MTRŞ qarşıdurması ekspertlərin şərhi ilə

20-06-2009

ANS-in lisenziyasının ləğvi ilə bağlı məhkəmə iclasının vaxtı məlum olub

19-09-2016

Məhkəmə ANS-in daha bir şikayətini təmin etməyib

14-09-2016

ANS telekanalı öz fəaliyyətini bərpa edib

17-02-2023

“ANS televiziyası azı bir ay bağlı qalacaq”

19-07-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə