Previous Next
Bağla

Azərbaycanda ilk özəl televiziya kanalı olan ANS-in 18 yaşı tamam olur

26-11-2009 12:04
Azərbaycanda ilk özəl televiziya kanalı olan ANS-in 18 yaşı tamam olur

Bu gün ANS telekanalının ad günüdür. ANS (Azerbaijan News Service) ölkənin ilk özəl televiziya kanalıdır. Azərbaycanın müstəqillik əldə etdiyi ilk zamanlarda əhaliyə ölkədə baş verən ictimai-siyasi hadisələr haqqında məlumat verən ilk müstəqil televiziya şirkəti kimi ANS 90-cı illərin əvvəllərində əhali arasında geniş nüfuza malik olub. Azərbaycanın vətənpərvər gənclərinin Qarabağ döyüşlərindəki qəhrəmanlıqlarını və Xocalı soyqırımını lentə alıb tarixin yaddaşına salan jurnalsitlər də məhz bu şirkətdə çalışıblar və çalışırlar.

ANS 1990-cu ildə 3 nəfər gənc Azərbaycanlı jurnalist, Vahid və Seyfulla Mustafayev qardaşları və Mirşahin Ağayev tərəfindən Azərbaycanda fəaliyyət göstərən ilk müstəqil televiziya şirkəti kimi yaradılıb. Onlar Azərbaycan Dövlət Televiziyasının binasında götürdükləri kiçik bir otağı studiyaya çevirərək 1992-ci il martın 2-dən etibarən öz proqram ideyalarını həyata keçirməyə başladılar. Televiziya kimi onların ilk reportajları cəbhə xəttində baş verənlər idi. ANS-in müxbirləri Çeçenistandan, Gürcüstandan, Osetiyadan, Qarabağdan, Abxaziyadan, Bosniyadan, Əfqanıstandan, İnquşetiyadan və s. münaqişə zonalarından reportajlar hazırlayır və BBC, CNN, CBS, NBC, NHK, ZDF, RAI kimi dünyanın nüfuzlu kanallarını xəbərlə təmin edirdi.

1994-cü ildə, artıq iki illik qanuni fəaliyyətdən sonra kompaniyanın işçi heyəti 30 nəfərə çatmışdı. 1994-cü ildə ANS televiziyası ilə AZTV arasında qalmaqal baş verdi. ANS-in işçiləri dövlət televiziyasının ərazisindən çıxarıldı, ANS televiziyasının və radiosunun yayımı dayandırıldı. Yalnız 18 saatdan sonra Azərbaycan Respublikasının mərhum Prezidenti Heydər Əliyevin və onun oğlu (İndiki prezident) İlham Əliyevin işə qarışmasından sonra ANS-in efiri bərpa edildi.

ANS-DX (Data Xchange) - İnternet xidmətinin əməkdaşları 1996 -cı ildə internet səhifəsini hazırladılar. 2000-ci ilin sentyabrın 12-də, saat 23:45-dən etibarən Azərbaycan televiziyası tarixində, ilk dəfə, dünyanın nüfuzlu futbol turnirlərindən hesab olunan Çempionlar Liqasının oyunları ANS kanalını izləyə bilən tamaşaçılara yayımlandı. Yayım, UEFA-nın razılığılə, Avropada futbol oyunlarının Yayımlanması Şirkətilə ANS kanalı arasında bağlanan müqaviləyə əsasən həyata keçirilirdi.

2006-cı il noyabrın 24-də Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası ANS Müstəqil Yayım və Media Şirkətinin həmçinin ANS ÇM Yayım və Media Şirkətinin yayımının dayandırılması barədə qərar çıxardı. ANS televiziyası və radiosu 17 gün yayımda olmadı. Dekabrın 10-da Milli Televiziya və Radio Şurası bəyan etdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanlanmış müraciətləri, həmçinin ANS Telekanalının çoxsaylı kollektivinin müraciətini nəzərə alaraq ANS-in yenidən efirə qayıtması barədə qərar çıxarıb. //ANS Press

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

ANS ÇM-in şikayəti təmin edilməyib

08-11-2016

Məhkəmə ANS TV-nin yayım lisenziyasını ləğv etdi

29-07-2016

“ANS televiziyası azı bir ay bağlı qalacaq”

19-07-2016

ANS-in MTRŞ-ya qarşı şikayəti üzrə məhkəmə keçirilib

10-08-2016

ANS telekanalı öz fəaliyyətini bərpa edib

17-02-2023

ANS Ali Məhkəməyə şikayət etdi

01-08-2016

Ali Məhkəmə ANS-in kassasiya şikayətini təmin etməyib

21-09-2016

ANS-in tezliyi hər hansı bir yayımçıya verilməyənə qədər boş qalacaq

05-08-2016

Bakcell ANS-i məhkəməyə verib

30-03-2018

ANS-in lisenziyasının ləğvi ilə bağlı məhkəmə başlayıb

29-07-2016

ANS-in vəkili məhkəmədən vaxt istəyib

15-09-2016

“ANS” Müstəqil Yayım və Media Şirkəti yayımını dayandıracaq

03-08-2009

ANS məhkəmə qərarından apellyasiya şikayəti verib

07-09-2016

ANS PRESS fəaliyyətini bərpa edib

12-12-2008

Məhkəmə ANS ÇM-in iddiasını təmin etməyib

09-09-2016

ANS-in növbəti məhkəməsinin vaxtı açıqlanıb

11-10-2016

MTRŞ ANS TV-nin tezliyi ilə bağlı məsələyə aydınlıq gətirib

31-08-2016

ANS-in lisenziyasının ləğvi ilə bağlı məhkəmə iclasının vaxtı məlum olub

19-09-2016

MTRŞ qərarını geri götürdü- “Hesabat” verilişinin yayımı bərpa edildi

23-01-2016

Məhkəmə ANS-in MTRŞ-a qarşı iddiasını təmin etməyib

12-11-2015

MTRŞ Mirşahin Ağayevin verilişinin yayımını dayandırdı

22-01-2016

ANS və “Yeni Müsavat” barışıq sazişi imzaladı

08-10-2009

MTRŞ-nın ANS-ə qarşı iddiası əsasında məhkəmə iclası keçirilib

26-07-2016

Məhkəmə ANS-in daha bir şikayətini təmin etməyib

14-09-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə