“Apple” düşüncə gücündən istifadə edərək cihazları idarə etmək üçün innovativ interfeys hazırlayır. Şirkət bu layihəni həyata keçirmək üçün texnologiya nəhəngi “Stentrode” neyroimplantının yaradıcısı ABŞ-ın “Syncron” startapı ilə əməkdaşlıq edir.
Xeberler.az “The Wall Street Journal”ə istinadən məlumat verir ki, “Syncron” implantının unikal xüsusiyyəti onun minimal invazivliydir. O, kəllə sümüyünə cərrahi müdaxiləyə ehtiyac olmadan boyun venası vasitəsilə quraşdırılır. Cihaz hərəkət niyyəti ilə əlaqəli neyron siqnalları oxuyur və onları “iPhone”, “Apple Vision Pro” və “Apple” ekosistemindəki digər cihazlar üçün əmrlərə çevirir. Texnologiya hazırda dayaq-hərəkət pozuqluğu olan xəstələr arasında sınaqdan keçirilir. Proqramın iştirakçılarından biri artıq “Apple Vision Pro”dan ünsiyyət və əyləncə üçün istifadə edir, cihazın funksiyalarını düşüncə gücü ilə aktivləşdirir.
Bu inkişaf ilkin mərhələdə əlilliyi olan insanlara yönəldilsə də, gələcəkdə “Apple” şirkətinin əsas məhsullarının bir hissəsi ola bilər. Texnologiyanın ilk versiyaları üçüncü tərəfin neyroimplantları ilə uyğun olacaq və gələcəkdə şirkət öz həllərini hazırlamağı planlaşdırır.
“Syncron” kraniotomiya tələb etməyən əhəmiyyətli dərəcədə daha az travmatik quraşdırma prosedurunu qeyd edərək texnologiya sahəsində “Neuralink” kimi rəqiblərdən üstünlüyünü vurğulayır. Texnologiya hazırda klinik sınaqlardan keçirilir və ABŞ Qida və Dərman Administrasiyasının (FDA) təsdiqini gözləyir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları