Apple premium cihazlarını təqdim edə bilər

11-03-2026 / 08:17

Apple 2026-cı ilin ikinci yarısında məhsul xəttini genişləndirərək bir neçə yeni premium cihaz təqdim etməyi planlaşdırır. Bunlara qatlanan iPhone modeli, kameralı AirPods və OLED ekranlı MacBook daxildir.

Xeberler.az bildirir ki, amerikalı jurnalist Mark Gurman-un məlumatına görə, bu cihazların Ultra brendi altında təqdim olunması məntiqli ola bilər. Hazırda şirkət artıq Apple Watch Ultra və CarPlay Ultra kimi məhsullarda bu adlandırmadan istifadə edir. Adətən “Ultra” brendi Apple-ın ən yüksək səviyyəli modelləri üçün tətbiq olunur.

Bəzi media qurumları Gurmanın ehtimalını fakt kimi təqdim etsə də, jurnalist sonradan bunun yalnız ehtimal olduğunu bildirib. 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə