Previous Next
Bağla

Apple dünyanın beş ən iri telefon istehsalçılarının sıralarına daxil olur

02-11-2010 12:12
Apple dünyanın beş ən iri telefon istehsalçılarının sıralarına daxil olur
Cari ilin üçüncü rübünün yekunlarına görə Apple şirkəti ilk dəfə olaraq mobil telefon bazarının liderlərinin ilk beşliyinə daxil ola bilib. Bu barədə IDC analitik şirkətinin hesabatında bildirilir.
 
Ümumilikdə dünya üzrə mobil telefonların satış həcmi 14,6 faiz artaraq 340,5 milyon qurğu təşkil edib. Qeyd edək ki, bu, bazarın ikirəqəmli artım tempi nümayiş etdirdiyi artıq dördüncü rübdür. Mobil telefonların satış həcminin genişlənməsi həmçinin smartfon seqmentinin sürətli artımı ilə də bağlıdır.
 
Smartfonların populyarlığının artması üçüncü rübdə beş ən iri mobil telefon təchizatçıları sıralarına, yalnız smartfon istehsalı ilə ixtisaslaşan Kanadanın Research in Motion (BlackBerry smartfonlarının istehsalçısı) şirkətindən əlavə Apple korporasiyasının da daxil olması ilə nəticələnib.
Dünya üzrə ümumi satılmış mobil telefonların 4,1 faizi Apple smartfonlarının payına düşür. Rüb ərzində şirkət 14,1 milyon müvafiq qurğu sata bilib. Və bununla da Apple RIM şirkətini siyahıda geridə qoyaraq dördüncü pillədə yer ala bilib. Qeyd etmək lazımdır ki, 2004-cü ildən bu günə kimi ilk dəfə olaraq SonyEricsson şirkəti ilk beşliyi tərk edib.
 
Dünyanın ən iri mobil telefon istehsalçısı bazarın 32,4 faizinə nəzarət edən Nokia şirkəti olaraq qalır. Lakin Nokia-nın bazardakı payı getdikcə azalır və son bir ildə fin şirkəti payının 4 faizini itirib.     
Siyahının ikinci və üçüncü pillələrində Cənubi Koreyanın Samsung (21,0%) və LG (8,3%) şirkətləri yer alıblar. RIM-in payına isə bazarın 3,6 faizi düşür.
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

2010-cu ildə bazara 300 milyondan artıq smartfon çıxarılıb

11-02-2011

Dünyanın ən böyük mobil telefon istehsalçıları kimlərdi?

03-12-2010

Blackberry iPhone-u geridə qoydu

20-12-2010

«BlackBerry» istehsalçısı noyabrda planşet buraxmağa başlayır

02-08-2010

İl ərzində dünya üzrə planşetlərin satış həcmi 36,7 faiz artıb

12-11-2013

18 aydan sonra smartfon və planşetlərin satış həcmi PK-ları geridə qoyacaq

17-12-2010

2010-cu ildə dünyada 1.39 milyard mobil telefon satılıb

01-02-2011

Apple bazar qiymətinə görə Google-u geridə qoyub

19-08-2008

Android ən populyar mobil ƏS olub

14-02-2011

Mobil telefonların satış həcmi iki dəfə artacaq

22-12-2009

234 milyon sakin mobil rabitədən istifadə edir

05-04-2012

2009-cu ildə mobil telefonların satış həcmi azalacaq – Gartner

26-11-2008

Nokia smartfonlarının satış həcmi açıqlandı

22-10-2013

“Apple” “Motorola”nı məhkəməyə verdi

02-11-2010

Smartfon bazarı böyüyür

11-09-2008

Smartfonlar bazarının artımı zəifləyib

21-08-2015

“5G” smartfonlarının satışının 70 faizi Çinin payına düşür

28-09-2020

Mobil telefon aləmində lider dəyişir

08-04-2011

“Android” sistemli smartfonların bazar payı 81 faizə çatıb

31-10-2013

2010-cu ildə ən çox satılan mobil telefonların Top10-luğu

12-01-2011

"Xiaomi" qlobal smartfon bazarında ikinci olub

17-07-2021

İnnovasiyalara ən çox sərmayə yatıran şirkətlərin adı açıqlanıb

27-10-2013

Nokia-nın mənfəəti 30% azalıb

17-10-2008

2016-cı ildə smartfonların dünyada tədarükü 2 milyarda çatacaq

02-06-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə