Previous Next
Bağla

Smartfonlar bazarının artımı zəifləyib

21-08-2015 10:49
Smartfonlar bazarının artımı zəifləyib

Cari ilin ikinci rübündə dünyada smartfonların son istehlakçılara satışı 330 milyon ədəd təşkil edib.

Xəbərlər-in RYTN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, 2014-cü ilin analoji dövrü ilə müqayisədə satış artımı 13,5 faizədək azalıb ki, bu da 2013-cü ildən ən aşağı göstəricidir. Bu barədə Gartner analitik şirkətinin hesabatında deyilir.  

Bildirilir ki, azalma dünyanın ən böyük bazarı olan Çinin smartfon bazarının (Çin bazarının dünyada smartfonların satışında payı 30 faizə yaxındır) tələbatının ödənilməsi ilə əlaqədardır. Hesabat dövründə Çində smartfonların satışı ilin ilə nisbətində 4 faiz azalıb ki, bu da ilk dəfə baş verib.

Smartfonlar bazarının lideri Samsung şirkəti olaraq qalır. 2015-ci ilin ikinci rübündə Cənubi Koreya şirkəti ədədi ifadədə satışını 5,3 faiz, payını isə 4,3 faiz bənd azaldıb. Çinin Huawei şirkəti dünya bazarında smartfonların və Çində 4G şəbəkəsini dəstəkləyən modellərin yüksək satışı sayəsində yüksək artım nümayiş etdirib. Apple şirkətinin ədədi ifadədə artımı 36 faiz təşkil edib. Analitiklər qeyd ediblər ki, iPhone modelinə marağın böyük olması Samsung şirkətinin satışına mənfi təsir göstərib.   

Əməliyyat sistemləri arasında Android liderliyini davam etdirsə də, hesabat dövründə platforma indiyədək ən zəif artım (11 faiz) nümayiş etdirib. Analitiklər bunu da Android-in əsas hərəkətverici qüvvəsi kimi çıxış edən Çin bazarının tələbatının ödənilməsi ilə izah edirlər. Rübün nəticələri üzrə mobil əməliyyat sisteminin payı 2014-cü ilin analoji dövründəki 83,8 faizlik göstəricidən 82,3 faizədək aşağı düşüb.

Öz növbəsində Apple iOS platformasını payını 12,2 faizdən 14,6 faizədək artırıb.

Gartner satış həcminin ədədi ifadəsinə əsaslanaraq bütün tip iri mobil telefon istehsalçılarının onluğunu da tərtib edib. Bu ilin ikinci rübünün yekunları üzrə birinci yeri Samsung şirkəti tutmaqda davam edib. Sonrakı yerlərdə Apple, Microsoft, Huawei, LG Electronics, Lenovo, Xiaomi, TCL Communication, ZTE və Micromax şirkətləri qərarlaşıb.

2015-ci ilin ikinci rübündə dünya bazarında ümumilikdə 445,8 milyon bütün tip mobil telefon satılıb ki, bu da ötən ilin analoji dövrünün nəticələrinə uyğundur.

 

Xeberler.az 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İnkişaf etməkdə olan bazarlarda smartfonların satışı artıb

29-05-2015

Mobil telefonlar bazarında artım müşahidə olunur

29-04-2015

“Samsung”un “Android” sistemli smartfonlar bazarında payı 63 faizə çatıb

13-11-2013

2016-cı ildə smartfonların dünyada tədarükü 2 milyarda çatacaq

02-06-2015

Smartfonların satış həcmi artıb

19-11-2015

2018-də ən çox kompüter satan şirkətlər - SİYAHI

12-01-2019

337,2 milyon smartfon tədarük edilib

24-07-2015

“5G” smartfonlarının satışının 70 faizi Çinin payına düşür

28-09-2020

Mobil internet şəbəkələrinə qoşulmaların sayı artıb

08-09-2015

“Apple” kompüterlərinin ABŞ-da satışı artmaqda davam edir

14-04-2015

Smartfonların satışı 7 faiz artıb

23-08-2017

“Android” sistemli smartfonların bazar payı 81 faizə çatıb

31-10-2013

Planşetlərin tədarükü 11,7 faiz azalıb

08-05-2018

Dünya smartfon bazarında hansı şirkət daha çox gəlir əldə edir?

19-11-2015

iOS və Windows Phone sistemləri mövqeyini möhkəmləndirir

01-07-2015

Smartfonların satışı tarixdə ilk dəfə azalıb

24-02-2018

Xiaomi smartfonları Apple-a meydan oxuyur

05-08-2019

"Apple"ın Azərbaycanda bazar payı azalıb

03-07-2019

Dünya planşetlər bazarının həcmi azalıb

29-07-2015

2010-cu ildə bazara 300 milyondan artıq smartfon çıxarılıb

11-02-2011

İl ərzində mobil videonun həcmi 100 faiz yüksəlib

29-06-2015

Kompüterlər bazarında yenidən azalma qeydə alınıb

12-10-2018

Yeni il üçün ən çox arzulanan smartfon məlum olub

29-12-2016

2015-ci ildə 2 milyard mobil telefon satılacaq

15-10-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə