Previous Next
Bağla

2016-cı ildə smartfonların dünyada tədarükü 2 milyarda çatacaq

02-06-2015 15:42
2016-cı ildə smartfonların dünyada tədarükü 2 milyarda çatacaq

“BI Intelligence” analitik şirkəti dünya smartfonlar bazarına yekun vuraraq inkişaf etməkdə olan regionlar sayəsində onun artımını qeyd edib.

Mütəxəssislərin qiymətləndirməsinə görə, 2014-cü ildə smartfonların qlobal miqyasda tədarükü ilk dəfə 1 milyardı ötərək 1,3 milyard təşkil edib ki, bu da əvvəlki ilə müqayisədə 29 faiz çoxdur. 2013-cü ildə bazarın artım tempi 45 faizə bərabər olub.

Xəbərlər-in Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, şirkət smartfonların yaxın gələcək üçün satışları üzrə proqnozu yeniləyərək inkişaf etmiş ölkələrdə elektronikanın yenilənməsinin artması və inkişaf etməkdə olan regionlarda istifadəçilərin adi telefonlardan smartfonlara sürətlə keçməsinə düzəlişlər edib.

Bundan başqa, dünyadakı vəziyyətə Hindistan və Çinin smartfon bazarı təsir göstərəcək. Bu ölkələrin 2020-ci ilədək müvafiq olaraq ildə 31 və 8 faiz smartfon tədarükünü artıracağı gözlənilir.

Bu amilləri nəzərə almaqla il ərzində buraxılmış 2 milyard smartfon göstəricisinə artıq növbəti ilə nail olunacaq. Bu, 1 milyardlıq göstəriciyə nail olmadan daha tezdir. Analitiklərin proqnozuna görə, 2020-ci ildə bu qurğuların tədarükü 3,4 milyard ədədə çatacaq.

İnkişaf etməkdə olan tendensiyalardan biri ucuz smartfonların nüfuz etməsidir. Hazırda ucuz smartfonların dünyada mobil telefonların tədarükündə payı dörddə birə bərabərdir. Əməliyyat sistemi olmayan adi telefonların satışı yaxın beş ildə  orta hesabla 12 faiz azalacaq.

Lider mobil platforma “Android” olaraq qalır. "iPhone 6” modelinin satışa çıxarılması sayəsində “Apple” şirkəti “iOS” sisteminin payını 2014-cü ilin dördüncü rübündə 8 faiz artıra bilib, lakin “Android”in iştirak payı 77 faiz qalmaqla yüksək olub. 

İstehsalçılar arasında lider "Apple” və “Samsung” şirkətləridir. Cənubi Koreya şirkəti 2014-cü ilin oktyabr-dekabrında smartfonların tədarükünü ötən ilin analoji dövrünə nisbətən 7 faiz artırıb, “iPhone” istehsalçısı, əksinə, smartfonların buraxılışını 46 faiz artırıb.

“Apple” və “Samsung” şirkətlərinin ardınca bir neçə Çin şirkətinin daxil olduğu qrup gəlir. Hesabat dövründə Çinin beş böyük istehsalçısının qlobal smartfon bazarında payı iki il əvvəlki 18 faizə nisbətdə 24 faiz olub.

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Smartfonların satışı azalacaq

09-09-2015

Qlobal smartfon bazarı üzrə proqnoza yenidən baxılıb

17-08-2015

2015-ci ildə 2 milyard mobil telefon satılacaq

15-10-2015

İnkişaf etməkdə olan bazarlarda smartfonların satışı artıb

29-05-2015

Smartfonlar bazarının artımı zəifləyib

21-08-2015

Bu il smartfonlar bazarında 7 faizlik artım proqnozlaşdırılır

08-06-2016

Smartfonların satış həcmi artıb

19-11-2015

“5G” smartfonlarının satışının 70 faizi Çinin payına düşür

28-09-2020

Ötən il 1,36 milyard smartfon istehsal edilib

27-01-2017

“Android” sistemli smartfonların bazar payı 81 faizə çatıb

31-10-2013

337,2 milyon smartfon tədarük edilib

24-07-2015

Dünya smartfon bazarında hansı şirkət daha çox gəlir əldə edir?

19-11-2015

"Xiaomi" qlobal smartfon bazarında ikinci olub

17-07-2021

İnternetə qoşulan qurğuların sayı 8 milyardı ötüb

16-06-2016

2010-cu ildə bazara 300 milyondan artıq smartfon çıxarılıb

11-02-2011

Dünyada smartfon tədarükü sürətlə azalır-Səbəb

30-10-2022

Daşınan elektronikanın tədarükü artacaq

15-09-2015

Smartfonların satışı 7 faiz artıb

23-08-2017

Daşınan elektronikanın tədarükü 148 milyon ədədə çatacaq

10-07-2015

Smartfonların satış həcmi 7 faiz artacaq

13-04-2016

“Wi-Fi” şəbəkəsini dəstəkləyən qurğuların tədarükü 3,75 milyard ədədə çatacaq

18-04-2015

Planşetlərin tədarükü 11,7 faiz azalıb

08-05-2018

Dünya noutbuklar bazarında dinamikanın yaxşılaşması gözlənilir

27-04-2015

“Apple” kompüterlərinin ABŞ-da satışı artmaqda davam edir

14-04-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə