Previous Next
Bağla

"Xiaomi" qlobal smartfon bazarında ikinci olub

17-07-2021 11:39
"Xiaomi" qlobal smartfon bazarında ikinci olub

Çinin "Xiaomi" markası qlobal smartfon bazarında ilk dəfə "Apple" şirkətini qabaqlayaraq ikinci yeri tutub.

Xeberler.az bildirir ki, bu barədə analitik şirkət "Canalys" tərəfindən yayımlanan hesabatda deyilir.

Məlumata əsasən, bu ilin ikinci rübündə "Xiaomi"nin bazarda payı tədarüklərin 83 faiz artması ilə satışlarda 17 faizə yüksəlib. Eyni dövrdə "Apple" aid pay tədarüklərin 1 faiz artması ilə satışlarda 14 faiz qalxıb.

Bu siyahıda ilk sıra bazarın 19 faizinə nəzarət edən Cənubi Koreya nəhəngi "Samsung" tərəfindən tutulur - ​​tədarükdə 15 faiz, satışlarda 19 faiz artım.

Qeyd olunur ki, "Samsung" və "Apple" ilə müqayisədə "Xiaomi" smartfonlarının orta qiymətləri müvafiq olaraq təxminən 40 və 75 faiz aşağıdır.

Bu fonda Honq Konq Fond birjasında səhər saatlarında "Xiaomi" səhmləri 4.82 faiz bahalaşaraq səhm başına 28.25 Honq Konq dollarına (3.64 $) yüksəlib.

Xatırladaq ki, "Xiaomi" yüksək texnoloji korporasiyası 2010-cu ilin aprelində qurulub və mərkəzi Pekindədir. Ötən ilin sonunda şirkətin bazar kapitallaşması ilk dəfə 100 milyard dolları keçib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Xiaomi smartfonları Apple-a meydan oxuyur

05-08-2019

"Apple"ın Azərbaycanda bazar payı azalıb

03-07-2019

Dünyada smartfon tədarükü sürətlə azalır-Səbəb

30-10-2022

337,2 milyon smartfon tədarük edilib

24-07-2015

“5G” smartfonlarının satışının 70 faizi Çinin payına düşür

28-09-2020

2010-cu ildə bazara 300 milyondan artıq smartfon çıxarılıb

11-02-2011

2016-cı ildə smartfonların dünyada tədarükü 2 milyarda çatacaq

02-06-2015

“Samsung” bazarda liderliyini itirib

22-05-2026

Dünya noutbuklar bazarında dinamikanın yaxşılaşması gözlənilir

27-04-2015

“Samsung”un rüblük əməliyyat mənfəəti 56 faiz azalıb

08-07-2025

“Xiaomi”nin səhmləri 5,5 faiz ucuzlaşıb

01-04-2025

Dünyanın ən böyük kompüter istehsalçıları açıqlanıb

16-04-2019

Ötən il 1,36 milyard smartfon istehsal edilib

27-01-2017

Smartfonlar bazarının artımı zəifləyib

21-08-2015

TV panellərin tədarükü 201 milyonu ötüb

22-10-2015

“Samsung”un “Android” sistemli smartfonlar bazarında payı 63 faizə çatıb

13-11-2013

Smartfonların satış həcmi artıb

19-11-2015

“Apple” kompüterlərinin ABŞ-da satışı artmaqda davam edir

14-04-2015

Apple daşınan elektronika bazarında ikinci yeri tutub

01-09-2015

Dünyada planşetlərin tədarükü azalacaq

26-02-2015

2015-ci ildə 2 milyard mobil telefon satılacaq

15-10-2015

Planşetlər bazarında azalma gedir

30-04-2015

“iPhone 16” dünyada ən çox satılan smartfon olub

29-05-2025

“Tesla”nın mənfəəti artıb

23-04-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə