Apple-nin yeni sürprizi iPad Air

23-10-2013 / 01:25
Texnologiya və ünsiyyət nəhəngi Apple maraqla gözlənilən iPad-ni tanıtdı.
Hər kəsin maraqla gözlədiyi yeni iPad-in adı  "iPad Air"dir.  iPad Air əvvəlki iPad-ə nisbətən daha yüngül və 25% daha incədir.
Pad Air-in qalınlığı 7,5 mm, çəkisi 450 qramdır. iPad Air-də iPhone 5S-də istifadə edilən A7 prosessoru  istifadə edilib. iPad Air-in 16 GBlik modelləri noyabrın 1-dən etibarən 499 dollara satışda olacaq.
Şirkətin San Fransisko mərkəzindəki təqdimatında direktor köməkçisi Fil Şiller çıxış edərək yeni İpad-in adının iPad Air olduğunu və əvvəlki modellərə görə daha sürətli olacağını bildirib. O deyib ki, sürətli prosessorun istifadə edildiyi iPad Air-də daha böyük fayllar açıla biləcək.
Pad Air-in çox məqsədli antena xüsusiyyəti ( MIMO ) sayəsində daha sürətli internet əlaqəsi təmin edilə biləcək. Bundan başqa, cüt mikrofon xüsusiyyəti sayəsində daha keyfiyyətli səs xidməti verə biləcək. Kamerası az işıqda daha keyfiyyətli görünüş çəkə biləcək. Batareya müddəti isə 10 saatdır.
Qeyd edək ki, iPad Air, gümüş / ağ , boz / qara rənglərdə satışa təqdim ediləcək.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə