iOS 9-un istifadəyə veriləcəyi tarix açıqlanıb

03-06-2015 / 09:10

Phone 6 və 6 Plus-un tanıdılmasından sonra fikirlər iOS 9 üzərində cəmləşib.

Xeberler-in xarici mətbuata istinadən verdiyi məlumata görə, Apple tərəfindən iOS 9 ilə əlaqədar dəqiq məlumatlar məlum olub. Həmçinin istifadəyə veriləcəyi tarix açıqlanıb.  

İyunun 12-də təqdim ediləcəkyeni iOS 9 özü ilə birlikdə yeniliklər də gətirir. Sistem ehtiyacı olaraq ən az 1 GB RAM ilə çalışacaq olan iOS 9 , iPhone 4s və iPad 2-də istifadə edilə bilməyəcək.

Digər iPhone və iPad cihazları ilə tam uyğun çalışacaq olan iOS 9-da klaviatura da yenidən hazırlanıb, artıq yeni iOS-da klaviatura daha böyük və daha funksional olacaq.

Həmçinin iOS 9-da xəritə də yenilənir və xəritədə yerinizi təyin etdikdən sonra olduğunuz yerin ətrafında olan metro, avtobus və gəmi dayanacaqlarını anında müəyyən edərək ekrana gətirmək mümkün olacaq. Apple avtobus və ictimai nəqliyyat vasitələri üçün xüsusi bir kamerada eyni vaxtda iOS 9 -un daxilində olan yenilənmiş xəritə ilə çalışacaq.

Yenilənən iOS 9-a sahib olacaq olan ağıllı telefonlar və tabletlər təxminən 5 GB-lıq böyük bir yeniləmə ilə tərkibinə iOS 9-u da qatacaq və xüsusilə iPhone ağıllı telefonlarında bildiriş pəncərəsi də yenilənmədən istifadə edilə biləcək. Yenilənən bu bildiriş pəncərəsi Apple-a yaxın qaynaqlara görə, indikindən daha çox funksionallığa sahib olacaq.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə