Apple yeni iPad və onun kiçildilmiş Mini versiyasını təqdim edəcək

22-10-2013 / 21:52

Amerikanın “Apple” şirkəti bu gün keçirəcəyi xüsusi mətbuat konfransında yeni "iPad” və onun kiçildilmiş “iPad Mini” versiyasını təqdim edəcək. Tədbir San-Fransisko şəhərinin Yerba Buena mərkəzində keçiriləcək. Amerika korporasiyasının planşet kompüterlərinin yenilənmiş xəttini təqdim edəcəyi gözlənilir.

Analitiklər hesab edirlər ki, beşinci nəsil “iPad” planşeti nümayiş etdiriləcək və o, sələfindən daha nazik və yüngül olmalıdır. Yeni cihazın 64 bitlik arxitekturalı “A7 X” prosessoru və təkmilləşdirilmiş kamera ilə təchiz ediləcəyi gözlənilir.

Yeni “iPad” planşetində “Touch ID” barmaq izləri skanerinin olacağını istisna edilmir. İkinci nəsil yığcam "iPad Mini", həmçinin yeni prosessor və Retina displeylə təchiz ediləcək. Yeni cihazlar qızılı və boz rənglərdə çıxarıla bilər. (ictnews.az)


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə