Apple sentyabrın 9-da San-Fransiskoda Let”s Rock adlı tədbir keçirəcək

03-09-2008 / 12:04

Apple şirkəti sentyabrın 9-da Let”s Rock adlı xüsusi tədbir keçirəcək.
Keçən ay yeni məhsulların təqdim ediləcəyi barədə artıq şaiyələr yayılmışdı. Indi isə Apple yayılan məlumatları təsdiq etdi.
Let”s Rock təqdimat mərasimində hansı məlumatların veriləcəyi hələ dəqiq bəlli deyil. Mütəxxəssislər belə fikirdədilər ki, prezentasiya musiqi qurğuları ilə bağlı olacaq. Belə güman edilir ki, Apple iPod nano pleyerlərinin vertikal orientasiyalı displeylə dördüncü versiyasını, iPod touch–ın yenilənmiş modifikasiyasını, eləcə də yeni iPod Shuffle pleyerini də təqdim edəcək.
Bundan başqa, Apple yeni funksiyalarla təchiz olunmuş iTunes proqramının səkkizinci versiyasını təqdim etmək niyyətindədir. iTunes Store onlayn mağazası haqda anonsların ediləcəyi də istisna edilmir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə