Apple iTunesi bağlaya bilər
Apple şirkəti öz iTunes internet-mağazasını bağlaya bilər. Bu, Amerika komitəsinin mağaza sahiblərinə ayrılmış maliyyəni nəzarətdən keçirməsi ilə əlaqədardır.
Əgər indi sahiblər hər musiqidən 9,1 sent qazanırlarsa, tariflərə baxıldıqdan sonra bu rəqəm 65 % - 15 sentə qədər arta bilər. Hazırda iTunes mağazasında bir musiqinin qiyməti 1 dollardır.
Keçən il Apple komitəyə iTunesin musiqi qiymətləri ilə bağlı məktub göndərmişdi.Bu məktubda Apple-in vitse-prezidenti Eddi Kyü yazmışdı ki, şirkət “ziyana işləməyəcək”. Onun sözlərinə görə, iTunes gəlir gətirməsə Apple –ın onu dəstəkləmək fikri yoxdur. Şirkət iTunes-də qiymətləri qaldırsa istifadəçilər pirat saytlarda yayılan musiqilər hesabına bu onlayn-mağazadan imtina edəcəklər.
Səsyazma ticarəti üzrə Amerika Assosiasiyasının məlumatlarına görə, musiqilərin onlayn satışı 2006-cı illə müqayisədə keçən il 38% artaraq, ümumi musiqi bazarının 23 fazini tutmuşdu.