Belə məlumatlar yayılıb ki, sentyabrın 9-da Apple yeni məhsullar təqdim edəcək
Internetdə belə bir məlumat yayılıb ki, sentyabrın 9-da Apple yeni məhsullar təqdim etməyə hazırlaşır. Məşhur onlayn resursu Digg.com-un yaradıcısı Kevin Rouz öz bloqunda xəbər verir ki, Apple, iTunes proqramının səkkizinci versiyasını təqdim etmək fikrindədir. Proqram yeni funksiyalarla təchiz olunacaq. Qeyd olunur ki, iTunes 8.0 istifadəçilərin üstünlüyünü göstərəcək və kompüter istifadəçisinə musiqi seçimi barədə tövsiyələr verəcək.
Rouz onu da deyir ki, təqdimetmədə vertikal orientasiyada və yeni korpusda olan iPod nano pleyerlərinin də anonsunu eşitmək olar. Bundan başqa Apple, iPod touch pleyerinin kiçik kosmetik dəyişikliklərlə yenilənmiş modifikasiyasını da buraxa bilər.
Digg.com-un yaradıcısı onu da qeyd edir ki, şirkət iPod cib pleyerlərinin qiymətinin azaldılmasını da planlaşdırır. Belə şayiələr də gəzir ki, Apple MacBook noutbukları kimi şəxsi kompüterlər də təqdim edə bilər.