Apple şirkəti adapterlərini satışdan geri yığmağa məcbur olub

23-09-2008 / 12:28
Apple şirkəti iPhone 3G telefonlarının qidalanma qurğularının böyük qismini geri yığmağa məcbur olub. Onlar elə elektrik şəbəkəsində olarkən sıradan çıxırlar. Apple bəyan edib ki, Apple USB ultrayığcam adapterlərinin metallik dişləri sınıb elektrik qovşağında qala bilər, bu da qısaqapanmaya və elektrik keçirməyə səbəb ola bilər. Hələlik bu adapterlərin az qismi satılır və onların xarab olması  barədə məlumat yoxdur.
Ultra yığcam qidalanma aparatı İPhonla birlikdə ABŞ, Yaponiya, Kanada, Meksika və digər Latın Amerikası ölkələrində satılırdı. Apple bütün alıcılara qüsurlu məhsulu pulsuz dəyişməyi təklif edir. Lakin bunun üçün 10 oktyabra qədər gözləmək lazımdır. Çünki şirkət məhsulların dəyişilməsinə həmin tarixdən başlayacaq.
Bazara qüsursuz adapterlər də buraxılıb. Əgər adapterdə yaşıl işarə varsa, onda narahat olmağa dəyməz.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə