ABŞ-ın Ədliyyə Nazirliyi və Qiymətli kağızlar və birjalar üzrə Federal Komissiyası Apple şirkətinin köhnə iPhone modellərinin işini bilərəkdən ləngitmələri iddiası ilə araşdırmaya başlayıb.
Xeberler.az Report-a istinadən məlumat verir ki, Apple şirkəti bu iddianı qəbul edib.
Qeyd edək ki, şirkət köhnə modellərin fəaliyyətinin yavaşladılması üçün iOS əməliyyat sisteminin yenilənməsinə xüsusi kod yerləşdirdiyini etiraf edib. İstifadəçilər şirkəti yeni modellərin alınmasına məcbur etmədə ittiham ediblər.
Dünən isə Apple şirkəti ən son modeli olan iPhone X-in istehsalını 2 dəfə azalda biləcəyini bildirib. Şirkət bu qərarını kifayət qədər tələb olmaması ilə izah edir.
Nəticədə, Apple şirkətinin kapitallaşması son 1 həftə ərzində 8%-dən çox azalaraq 850 mlrd. dollara geriləyib.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri