“Apple” şirkətinin Azərbaycandakı rəsmi distribütöru olan “AlmaStore” mağazalar şəbəkəsində iki ay əvvəl dayandırılan “Apple” məhsullarının satışı hələ də bərpa olunmayıb.
Xəbərlər-in verdiyi məlumata görə, rəsmi mağazalarda yeni məhsul olaraq sadəcə qulaqcıqların satışı həyata keçirilir: "Artıq bir müddətdir ki, “Apple”in yeni məhsulları ölkəyə gətirilmir".
“Apple” şirkətinin baş ofisi isə xarici ölkələrə də satışını gerçəkləşdirdiyi “Beats Pill XL” dinamiklərini geri çağırır. Bu barədə Türkiyə mətbuatında qeyd olunub. Şirkətin açıqlamasına görə, dinamikin batareyasının həddindən artıq isinməsi və yanğına səbəb olması ehtimalı olduğuna görə şirkət bütün dünyaya satdığı məhsulunu geri çağırıb. Geri toplama əməliyyatı Türkiyədə başlayıb, lakin 999 TL-yə (392 manat) satılan məhsulun geri çağırıldıqdan sonra alıcıya qaytarılan məbləği 875 TL (343 manat) olub.
Yerli nümayəndəlikdən “Report”a verilən məlumata əsasən, həmin məhsulun son 7 aydır ki Azərbaycanda satışı aparılmır, ondan əvvəlki müddətdə isə sözügedən dinamikin XL deyil, digər bir versiyası satılıb. (report)
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri