Türkiyə baş nazirinin müavini Mehmet Şimşək ABŞ-ın Apple şirkətinə ölkəsində regional mərkəzini qurması və istehsala başlaması üçün xüsusi təklif göndərib.
Xeberler.az Report-a istinadən məlumat verir ki, Apple şirkətinin İrlandiya ilə müqaviləsinə görə, Avropa İttifaqı (Aİ) ölkələrində tələb olunan vergini ödəmədiyi üçün 13 mlrd. avro məbləğində cərimələnməsindən sonra M.Şimşək şirkətə "super təklif" irəli sürüb.
Təklifə görə, Apple bir neçə gün əvvəl Türkiyə hökuməti tərəfindən açıqlanan xüsusi güzəştlərdən istifadə edə bilər.
Biznes mühitinin təşviqi məqsədi ilə Apple üçün 5 il müddətinə vergi güzəşti tətbiq edilə bilər.
Ayrıca, Türkiyə tərəfindən Apple-a pulsuz torpaq sahəsi verilməklə bərabər onun üçün dövlət hesabına istehsal müəssisəsi qurula və elektrik enerjisindən istifadəyə görə ödəmə alınmaya bilər. Hətta, Türkiyə Apple-a istehsal etdiyi malların bir hissəsini almaq təklifini də irəli sürüb.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri