Apple yeni servisini istifadəyə verir

11-06-2015 / 17:56

“Apple” kampaniyası mobil qurğu, həmçinin smartfon sahiblərinə operativ xəbərlərə çıxış imkanı verən yeni servisi ilə dünya bazarına çıxır.

Xəbərlər-in Azərtac-a istinadən verdiyi məlumata görə, xidmət “Apple News” adlandırılıb.

Servisin istifadəyə buraxılması “Apple” kampaniyasının San-Fransisko şəhərində hər il keçirilən Ümumdünya konfransında elan edilib. Iyunun 10-da kampaniya özünün yeni informasiya servisi barədə əlavə məlumat verib. “Apple News” payız aylarında bazara çıxacaq ən yeni iOS 9 əməliyyat siteminin platformasına daxil edilib. ABC telekanalının məlumatına əsasən, bu servis “Apple”nin yeni informasiya formatındakı 50 nəşrdən xəbərlər və məqalələr oxumağa imkan verəcək.

“Apple News” servisinin iştirakçıları arasında Amerikanın “New York Times”, Britaniyanın “Daily Mail” qəzetləri, “Economist” həftəliyi, “Time” mediaholdinqi, “BuzzFeed” internet portalı, ESPN telekanalı, “Vox Media”, “Conde Nast”, “Hearts” qruplarının nəşrləri də yer alıb. Onların hər birinin Internetdə öz portalları mövcud olsa da, bu KİV-lər “Apple News” xəbər xidmətinin vahid virtual məkanında da təmsil olunacaqlar.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə