Apple TV-nin satış tarixi açıqlandı

21-10-2015 / 15:50

Məlumat verdiyimiz kimi,  Apple şirkəti San-Fransiskoda təşkil edilən mərasimdə yeni  Apple TV-ni də təqdim edib.

Xeberler.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Apple şirkətinin rəhbəri Tim Cookun iştirakı ilə keçirilən "WSJDLive"  konfransında Apple TV-in satış tarixi açıqlanıb.

Bildirilib  ki, aktyabrın 26-ından Apple TV sifarişləri qəbul edəcək. Apple TV-nin satışı 28 oktyabrdan başlayacaq.

Qeyd edək ki, yeni Apple TV tvOS əməliyyat sistemi ilə işləyəcək. Apple TV-nin yenilikləri arasında Siri-nin yeri də olduqca böyükdür. Səsli  axtarış köməkçisi rolunu oynayan  Siri ilə yeni cihazın bütün xüsusiyyətlərini istifadə etmək mümkündür. Belə ki, Siri-dən filmə fasilə vermək, filmi başlatmaq, yeni bir film axtarmaq, yeni bir tətbiq açmaq,  oynat, pauza  kimi funksiyaları  yerinə yetirir.

Qeyd edək ki, Amerikada Apple TV-nin satış qiyməti 32GB 149 dollar , 64GB 199 dollar olacaq.

 

Sevinc Əsədova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə