Previous Next
Bağla

Aqil Abbas: Amerikalı həmsədri buradan qovmaq lazımdır

11-01-2019 17:15
Aqil Abbas: Amerikalı həmsədri buradan qovmaq lazımdır

60 dərəcə şərq uzunluğunda yayım həyata keçirən “İntelsat 33" peyki Dağlıq Qarabağdakı qondarma rejimin ”Artsax TV" adlı telekanalını yayımlamağa başlayıb. Erməni separatçılarının telekanalı bu peykdə yanvarın 6-dan görünməyə başlayıb və HD formatında yayımlanmaqdadır.

“İntelsat 33" peyk operatoru 2017-ci ildən fəaliyyət göstərir və Avropanı, Asiyanı, Yaxın Şərqi, Afrikanı, Aralıq dənizi və Hind okeanı regionlarını əhatə edir. Bu isə o deməkdir ki, Qarabağ ermənilərinin telekanalına Türkiyə, Gürcüstan, İran, Rusiyanın bir hissəsi, Ukrayna, bir sıra Avropa və Yaxın Şərq ölkələrində baxa bilərlər.

Beynəlxalq telekommunikasiya nəhəngi “İntelsat” 50 süni peyki idarə edir və mənzil-qərargahı ABŞ-da, habelə Lüksemburqda yerləşir. “İntelsat 33" peyki Amerikanın ”Boeing" korporasiya tərəfindən istehsal edilib. Belə görünür, rəsmi Bakı Qarabağ ermənilərinin telekanalının ABŞ peyki ilə yayımlanmasına qarşı təcili hərəkətə keçməlidir və diplomatik kanallarla müvafiq addımlar atılmalıdır.

Xeberler.az  məlumat verir ki, deputat Aqil Abbas “Yeni Müsavat”a bildirdi ki, bu məsələnin qarşısının alınması yollarını hüquqşünaslar daha yaxşı bilər:

“Ancaq Azərbaycana sülənməyə gələn, yeyib-içib gedən ATƏT-in amerikalı həmsədrini buradan qovmaq lazımdır. Ona demək lazımdır ki, get peyk yayımını dayandır, gələrsən”.

Onun sözlərinə görə, Dağlıq Qarabağ Azərbaycanlılarının Qarabağ İcmasına yeni sədri seçilən Tural Gəncəliyev bu posta layiqdir və tezliklə “Qarabağ TV” açılmalıdır. “Qarabağ icmasının telekanalı olmalıdır. Niyə Şuşa, niyə Qarabağ televiziyalarımız yoxdur? Gündə bir küçə telekanalı açılır, arvad-uşaq davalarından, tamadaların mənasız çıxışlarından boğaza yığılmışıq. Ermənilərin qabağına daha güclü informasiya platforması ilə çıxmaq lazımdır”, - deyə o, əlavə elədi.

“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də erməni kanalının açılmasını yolverilməz saydı:

“Bu cür insidentlər olub. Ermənilər telekommunikasiya xidmətləri üçün zaman-zaman addımlar atıblar, bəzən uğur da qazanıblar. Bu hadisənin baş verməsi aidiyyəti qurumların zəif fəaliyyətinin nəticəsidir. Çünki ermənilər həmişə bu sahədə çalışırlar”.

O.Gündüz hesab edir ki, bizim qurumlar qabaqcadan hazır olmalı, məsələni kontrolda saxlamalı idı, nəinki qarşısının alınması üçün addımlar atılmalıdır.

“Çünki buna hazırlıq gedirdi və bir günə əmələ gələn proses deyildi. O halda telekanalın fəaliyyətinin qarşısını almaq asan olardı, nəinki fəaliyyətə başlayandan sonra. İndi daha çox resurs xərcləməliyik. Ermənilərə belə böyük platforma şəraiti vermək onlar üçün nəhəng üstünlükdür”.

Ekspert “Artsax TV”-nin yayımının hansı prosedurla məhdudlaşdırılması üçün dünyada oturuşmuş mexanizmin olduğunu bildirdi:

“Bunun qaydaları, konvensiyaları var. Bizim də öz peykimiz var və ”Azərkosmos" müstəqildir. Xarici İşlər Nazirliyi və “Azərkosmos” bu məsələyə qoşulmalıdır. Xatırlayıram ki, İran əleyhimizə kanallar yayanda “Azərkosmos” Afrika ölkələrində İran əleyhinə kanallar yaya biləcəyini söyləmişdi. Ona görə aidiyyəti qurumlar hərəkətə keçməlidir". 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Akif Nağı: Separatçıların Artsax TV açması Amerika rəhbərliyi səviyyəsində razılaşdırılıb

15-01-2019

Dünya Artsax TV kanalına baxır - Qarşısı alınmalıdır

10-01-2019

TRT telekanalı Qarabağ problemi barədə veriliş və sənədli filmlər hazırlayıb

28-12-2010

Ermənilər Azərbaycan dilində telekanal açacaq

26-06-2009

“Azərkosmos” ikinci peyki qaldırmaq üçün müqavilə bağladı

18-02-2015

Ukrayna telekanalı Azərbaycan peykini tərk edir

23-01-2015

Rəsmi İrəvan Azərbayсanın ərazi bütövlüyünü tanıyır

31-08-2010

Fevralın 8-də Azərbaycanın ilk peyki orbitə çıxarılacaq

05-02-2013

Azerspace-2 sınaq orbitinə çatdı

19-12-2018

“Azərkosmos” “Prime African Media Systems” şirkəti ilə əməkdaşlıq edəcək

29-07-2020

Azerspace-2-nin orbital mövqeyinə çatması üçün 5 ay vaxt lazımdır

27-09-2018

Azerspace-1 peyki indiyədək 90 milyon dollar gəlir gətirib

11-02-2019

Peykimizdən yayımlanan kanallar siyahısına yeni kanal daxil olub

29-04-2015

Vikipediyada Dağlıq Qarabağ müstəqil dövlət kimi təqdim olunub

10-12-2008

“Azərkosmos” ASC-də qanvermə aksiyası keçirilib

19-11-2014

Seçkilər Azerspace-1 resurslarından istifadə olunaraq yayımlanıb

02-11-2015

Azerspace-2 üçün hazırlıqlar davam edir

28-08-2015

“Azərkosmos” “Teleport Uydu Hizmetleri” şirkəti ilə əməkdaşlığa başladı

02-12-2014

Azərbaycanın əleyhinə verilişlər hazırlayan xarici telekanalların yayımlanması qadağan edilə bilər

07-12-2009

“TRT World” kanalı “Azerspace-1” peyki ilə yayıma başlayıb

18-11-2020

Türkiyənin Kosmik Agentliyinin rəhbəri “Azərkosmos”da olub

18-02-2021

Afrikanın televiziya və radio kanalları “Azerspace-2” peykinin resurslarından istifadə edəcək

25-02-2021

Azərkosmos ASC-də qanvermə aksiyası keçirilib

22-11-2018

“Azərkosmos” ABŞ-ın “UltiSat” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

16-04-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə