Previous Next
Bağla

Akif Nağı: Separatçıların Artsax TV açması Amerika rəhbərliyi səviyyəsində razılaşdırılıb

15-01-2019 10:19
Akif Nağı: Separatçıların Artsax TV açması Amerika rəhbərliyi səviyyəsində razılaşdırılıb

Xəbər verildiyi kimi, “İntelsat 33" peyk operatoru Dağlıq Qarabağdakı qondarma rejimin ”Artsax TV" adlı telekanalını yayımlamağa başlayıb. Belə ki, erməni separatçılarının telekanalı bu peykdə yanvarın 6-dan görünməyə başlayıb və HD formatında yayımlanmaqdadır. Hətta belə məlumatlar var ki, “Artsax TV” Qarabağa turist cəlb etmək üçün təbliğat xarakterli reklam proqramları, verilişlər təqdim edir.

Amerika peykində olan “İntelsat 33" peyk operatoru 2017-ci ildən fəaliyyət göstərir və Avropanı, Asiyanı, Yaxın Şərqi, Afrikanı, Aralıq dənizi və Hind okeanı regionlarını əhatə edir. Bu isə o deməkdir ki, Qarabağın separatçı ermənilərinin telekanalına Türkiyə, Gürcüstan, İran, Rusiyanın bir hissəsi, Ukrayna, bir sıra Avropa və Yaxın Şərq ölkələrində baxa bilərlər.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Zamirə Ədilova mediaya açıqlamasında bu mövzu ilə bağlı cavab veriləcəyini qeyd edib. Xarici İşlər Nazirliyindən də hələlik rəsmi münasibət olmayıb.

Xeberler.az  məlumat verir ki, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə “Yeni Müsavat”a bildirdi ki, dövlət tərəfindən ciddi addımlar atılmasa, ABŞ səfirliyi qarşısında bir həftə aksiya  keçirəcəklər. Onun sözlərinə görə, ermənilərin telekanal açması ABŞ rəhbərliyi səviyyəsində razılaşdırılıb: “Azərbaycan bu məsələdə sərt mövqe tutmalıdır. Sözsüz ki, Amerikaya qarşı sərt addımların atılmasının nəticəsi olmayacaq. Bəllidir ki, ABŞ qondarma rejimi himayə edirsə, bu telekanalın fəaliyyətə başlaması da dövlət səviyyəsində həll olunub. Amma Azərbaycan danışıqlardan imtina etməlidir”.

QAT sədri hesab edir ki, Ermənistan mövqeyindən çəkilmir, ATƏT-in Minsk Qrupu tərəfindən anti-Azərbaycan addımlar atılır: “Bu halda biz nəyi müzakirə edirik? Yanvarın 16-da nazirlərin görüşü keçiriləcək. Ermənistan bəyan edir ki, Qarabağ məsələsini bitirmişik. Onda hansı danışıqları aparırıq? Azərbaycan amerikalı həmsədrin olduğu ATƏT-in Minsk Qrupundan danışıqlardan çıxmalıdır. Eyni zamanda Türkiyədə ermənilər telekanal açdılar. Adını qoyublar ki, guya erməni mədəniyyətinin təbliğatına hesablanıb. Amma əmin olun ki, Azərbaycana qarşı siyasət aparacaqlar. Türkiyə niyə buna şərait yaradır, başa düşülmür.  Bundan əvvəl də ”Aqos" qəzeti nə oyunlardan çıxırdı. Bilmirəm bu, yanlış siyasətin nəticəsidir, yoxsa Türkiyə ikili standartlarla oynayır. Hər halda, Azərbaycan dövlətindən ciddi addımlar gözləyirik. Əgər addım atılmasa, QAT ABŞ səfirliyi önündə bir həftə aksiya keçirəcək".

A.Nağı onu da bildirdi ki, teleməkanda bir yox, bir neçə Qarabağ telekanalı fəaliyyətə başlamalıdır: 

“Həm də internet telekanalları olmalıdır. Niyə Qarabağla bağlı televiziyamız olmasın? Üstəlik, bir neçə dildə fəaliyyət göstərməlidir ki, daha geniş auditoriya qarşısına çıxa bilsin”.

Bildirək ki, beynəlxalq telekommunikasiya nəhəngi “İntelsat” 50 süni peyki idarə edir və mənzil-qəragahı ABŞ-da və Lüksemburqda yerləşir. “İntelsat 33" peyki Amerikanın ”Boeing" korporasiyası tərəfindən istehsal edilib.

Deputatlar Aqil Abbas və Elman Məmmədov, ekspert Osman Gündüz rəsmi Bakının Qarabağ ermənilərinin telekanalının ABŞ peyki ilə yayımlanmasına qarşı təcili hərəkətə keçməsinin vacibliyini vurğulamışdılar.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Aqil Abbas: Amerikalı həmsədri buradan qovmaq lazımdır

Aqil Abbas: Amerikalı həmsədri buradan qovmaq lazımdır

11-01-2019
Dünya Artsax TV kanalına baxır - Qarşısı alınmalıdır

Dünya Artsax TV kanalına baxır - Qarşısı alınmalıdır

10-01-2019
Ermənilər Azərbaycan dilində telekanal açacaq

Ermənilər Azərbaycan dilində telekanal açacaq

26-06-2009
Azərbaycanın əleyhinə verilişlər hazırlayan xarici telekanalların yayımlanması qadağan edilə bilər

Azərbaycanın əleyhinə verilişlər hazırlayan xarici telekanalların yayımlanması qadağan edilə bilər

07-12-2009
Taciktelekom veb saytında Azərbaycanla bağlı yalnlışlığı aradan qaldırıb

Taciktelekom veb saytında Azərbaycanla bağlı yalnlışlığı aradan qaldırıb

07-10-2009
Azərbaycan XİN Türkiyənin NTV telekanalının jurnalistini akkreditasiyadan məhrum edib

Azərbaycan XİN Türkiyənin NTV telekanalının jurnalistini akkreditasiyadan məhrum edib

30-09-2009
Rəsmi İrəvan Azərbayсanın ərazi bütövlüyünü tanıyır

Rəsmi İrəvan Azərbayсanın ərazi bütövlüyünü tanıyır

31-08-2010
Erməni porno-ulduzu Twitter-də təbliğata davam edir

Erməni porno-ulduzu Twitter-də təbliğata davam edir

21-12-2010
Fuat Oktay: Həm ABŞ, həm də Qərb dövlətlərində "X panikası" var

Fuat Oktay: Həm ABŞ, həm də Qərb dövlətlərində "X panikası" var

07-12-2024
Vikipediyada Dağlıq Qarabağ müstəqil dövlət kimi təqdim olunub

Vikipediyada Dağlıq Qarabağ müstəqil dövlət kimi təqdim olunub

10-12-2008
Azərkosmos-un nümayəndəsi beynəlxalq komitənin sədri seçilib

Azərkosmos-un nümayəndəsi beynəlxalq komitənin sədri seçilib

13-10-2016
Ukrayna telekanalı Azərbaycan peykini tərk edir

Ukrayna telekanalı Azərbaycan peykini tərk edir

23-01-2015
“Azərkosmos” ikinci peyki qaldırmaq üçün müqavilə bağladı

“Azərkosmos” ikinci peyki qaldırmaq üçün müqavilə bağladı

18-02-2015
Ekspert: McDonalds Azərbaycanda siyasətə qarışmırdı, indi isə Ukraynada təcavüzə etiraz edir

Ekspert: McDonalds Azərbaycanda siyasətə qarışmırdı, indi isə Ukraynada təcavüzə etiraz edir

09-03-2022
Meqafon Azərbaycan xalqından rəsmi şəkildə üzr istəyib

Meqafon Azərbaycan xalqından rəsmi şəkildə üzr istəyib

16-07-2019
Azerspace-2 sınaq orbitinə çatdı

Azerspace-2 sınaq orbitinə çatdı

19-12-2018
ABŞ-ın məxfi peyki də yoxa çıxdı-İddia

ABŞ-ın məxfi peyki də yoxa çıxdı-İddia

10-01-2018
Ermənilər hərəkətə keçib !- "Qarabağdakı telekommunikasiya..."

Ermənilər hərəkətə keçib !- "Qarabağdakı telekommunikasiya..."

04-12-2020
Türkiyədə Ermənistanla sərhədlərin açılmasına qarşı internet-kampaniya başlayıb

Türkiyədə Ermənistanla sərhədlərin açılmasına qarşı internet-kampaniya başlayıb

08-04-2009
XİN Qarabağda qanunsuz erməni silahlı qüvvələrinin təxribatlarına qarşı cavab tədbirləri barədə bəyanat yayıb

XİN Qarabağda qanunsuz erməni silahlı qüvvələrinin təxribatlarına qarşı cavab tədbirləri barədə bəyanat yayıb

19-09-2023
TRT telekanalı Qarabağ problemi barədə veriliş və sənədli filmlər hazırlayıb

TRT telekanalı Qarabağ problemi barədə veriliş və sənədli filmlər hazırlayıb

28-12-2010
Ermənilər İtaliyada www.Karabakh.it saytını yaratdılar

Ermənilər İtaliyada www.Karabakh.it saytını yaratdılar

23-01-2011
www.karabakh.az saytının təqdimat mərasimi keçirildi

www.karabakh.az saytının təqdimat mərasimi keçirildi

04-03-2011
Rusiya televiziyası Azərbaycanına qarşı növbəti dəfə hörmətsizlik edib

Rusiya televiziyası Azərbaycanına qarşı növbəti dəfə hörmətsizlik edib

18-06-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə