Previous Next
Bağla

Artıq hər evdə internet olacaq

16-03-2013 10:34
Artıq hər evdə internet olacaq

Bakıda "Evlərə optika" layihəsinin icrasına başlanılıb. Bu barədə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş mütəxəssisi Elman Qədirov məlumat verib. Onun sözlərinə görə, bu layihənin tətbiqi ilə "Baktelekom" abunəçiləri üçün son mill probleminin, yəni internetin sürətinin mənzilə qədər itməsi problemi tamamilə həll edilmiş olacaq. Baş mütəxəssis bildirdi ki, layihə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Dövlət Neft Fondunun "Evlərə optika" birgə əməkdaşlığı ilə baş tutacaq.

Məlumdur ki, Azərbaycan Respublikası Prezidentinin 16.01.2013-cü l tarixli Sərəncamı ilə 2013-cü il Azərbaycan Respublikasında "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilib. Bununla əlaqədar olaraq 2013-cü il ərzində "Baktelekom" kollektivi qarşısında bir çox mühüm tədbirlərin həyata keçirilməsi durur.

Belə ki, "Bakinternet" İnternet provayder platformasının genişləndirilməsini, platforma üzərindən onlayn rejimində qoşulma imkanlığının 200 minə çatdırılmasını və qlobal internet şəbəkəsinə qoşulma kanalının sürətinin tələbata uyğun artırılmasını təmin etmək, xidmətlərin artım dinamikası nəzərə alınmaqla "Baktelekom"un mövcud İP transmissiya şəbəkəsi sürətinin 100 Gbit/s-ə qədər genişləndirilməsinin və trafik daşıma imkanlığının artırılmasının təmin edilməsi, "Baktelekom"un hər bir istifadəçisinə daha yüksəksürətli (100 Mbit/s) internet xidmətinin göstərilməsi məqsədilə ATS-lərdən 3 km və daha uzaq məsafədə yerləşən Paylayıcı şkafların "SmartAX-FOİS300" və ya digər daha müasir texnologiyalı optik şəbəkə avadanlıqları ilə əvəz edilməsi, "FTTx" (FTTH, FTTB, FTTC, FTTCab) texnologiyasının tətbiqinin genişləndirilməsi, NGN texnologiyası əsasında intellektual və servis xidmətlərinin, o cümlədən E-xidmətlərin tətbiqinin genişləndirilməsi, ATS-492/497-nin müasir texnologiya əsasında yenidən qurulmasının təmin edilməsi, Kiçik tutumlu, mənəvi cəhətdən köhnəlmiş köhnə tipli ATS-lərin (Karel, Kvant, DRX-4, Remut) müasir texnologiya əsasında yenidən qurulması, Bakı şəhərində hər 100 nəfər abunəçiyə düşən sürətli internet istifadəçilərinin sayının 70%-ə çatdırılmasının təmin edilməsi, "Baktelekom"un Sorğu Məlumat Xidmətinin müasir texnologiya əsasında yenidən qurulması üçün çox böyük işlər görülməsi, müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Bundan başqa telekommunikasiya sahəsində qabaqcıl ölkələrin təcrübəsini daim öyrənən "Baktelekom" mütəxəssisləri tərəfindən son mill probleminin həlli üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Dövlət Neft Fondunun "Evlərə optika" birgə layihəsi üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Son mill probleminin bu cür həlli (İPTİME -Multi-play xidmətinin istifadəsi üçün İP-transport infrastrukturu) müxtəlif şəbəkə topologiyasının məsələn, FTTH (optik kabelin evə çəkilməsi), FTTB (optik kabelin binaya, tikiliyə çəkilməsi) və FTTC (optik kabelin yol kənarına çəkilməsi) topologiyalarının "Baktelekom" şəbəkəsində tətbiqini nəzərdə tutur ki, bunun da nəticəsində bir optik lif ilə SİP və H.248 protokol bazasında səs xidmətlərinin, yüksəksürətli internetin ( Ethernet 10/100 və 10/100/1000 ), İPTV və VoD da daxil olmaqla İP üzərindən rəqəmli televiziya xidmətinin, RF overlay videoxidmətlərinin yüksək keyfiyyətlə istifadəçiyə çatdırılmasını təmin edəcəkdir.

Qeyd edək ki, son mill probleminin tamamilə həll edilməsi üçün FTTH (optik kabelin evə çəkilməsi), FTTB (optik kabelin binaya, tikiliyə çəkilməsi) və FTTC (optik kabelin yol kənarına çəkilməsi) işləri həyata keçirilərək BTRİB şəbəkəsinə inteqrasiya olunacaq. Bunun da nəticəsində bir optik lif ilə SİP və H.248 protokol bazasında səs xidmətlərinin, yüksəksürətli internetin (Ethernet 10/100 və 10/100/1000), İPTV və VoD da daxil olmaqla İP üzərindən rəqəmli televiziya xidmətinin, RF overlay videoxidmətlərinin yüksək keyfiyyətlə istifadəçiyə çatdırılmasını təmin edəcəkdir.

"Bu layihə başa çatdırıldıqdan sonra Bakıda internetin sürəti 30 mbit/s yuxarı olacaq"- deyə E.Qədirov bildirdi. Rəvan, ictnews.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakıda internetin sürəti 30 mbit/s-dən çox olacaq

01-08-2013

“Ağıllı” telefon sahibləri “Photoshop”dan istifadə edə biləcəklər

28-02-2013

Yeməkləriniz USB ilə isti qalsın!!!

06-12-2008

“Google” ABŞ-da mağazalar şəbəkəsi açır

19-11-2013

Samsung şirkəti məhsul istehsalında daha keyfiyyətli və cızılmayan şüşələrdən istifadə edəcək

26-10-2013

Ən keyfiyyətli internet Yaponiyadadır

18-09-2008

Abşeronda yeni yaşayış məntəqələri kabelləşdirilir

02-12-2014

Ölkənin internet xidmətləri bazarında hansı provayder liderdir?

04-11-2013

Azərbaycanda ilk dəfə sığorta polislərinin online satışı həyata keçirilir

01-05-2009

Azərbaycan Prezidentinin rəsmi saytının “Android” əməliyyat sistemi üçün mobil əlavəsi istifadəyə verilib

23-04-2013

Nintendoda Disney Land

12-11-2008

Gənclər yeni ideyalarını “Onlayn fikir bankı”nda yerləşdirə biləcəklər

27-11-2013

“Microsoft Azerbaijan” şirkəti növbəti “İnnovasiya günü”nü keçirib

06-03-2013

İnternetdə ən populyar Azərbaycan sözünü tapan YUMROO istifadəçisi bəlli oldu!!!

02-03-2009

Saytların sayı 650 milyona çatıb

03-04-2013

“Twitter” istifadəçilərin məlumatlarını Milli Təhlükəsizlik Agentliyindən qoruyur

25-11-2013

Displey bazarının həcmi azalacaq

03-11-2013

Azərbaycan internet xidmətləri provayderlərinin reytinqinə yeni provayder daxil olub

04-04-2014

Ən təhlükəsiz brauzerlər məlum olub

16-03-2013

Smartfonların hansı qüsurları var?

05-04-2012

Opera Azərbaycan dilinə Tərcümə oluna bilər

02-05-2009

Opera Mobile 9.7 istifadəyə verildi

11-06-2009

Azeurotel RİTN-i ittiham edən açıqlama verib!!!

28-02-2009

Ən çox istifadә olunan elektron xidmәtlәr hansılardır?

09-04-2013





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə