Ən yaxşı səsyazma proqramları hansılardır?

03-12-2015 / 16:26

Ağıllı telefonlar həyatımıza daxil olduqdan sonra bir çox işimizi asanlaşdırmağa başlayıb. Əvvəl birdən çox cihaz ilə edəcəyimiz işləri artıq ağıllı telefonun köməyi ilə etmək mümkündür. İnkişaf edən texnologiyalarla birlikdə telefonlarımızın səsyazma və səs üzərində müəyyən əməliyyatlar aparma funksiyaları da artıb.

Xeberler.az bu dəfə keyfiyyətli səsyazma proqramlarını təqdim edir.

 

Audio Recorder

Sony mobile tərəfindən hazırlanan Audio Recorder proqramı 3 MB həcmindədir. Strereo və mono səsyazma imkanları olan bu tətbiq bütün xarici mikrofonlar ilə uyğun işləyə bilir.  Android 4.1 Jelly Bean və daha üst versiyalarında istifadə oluna bilən proqramı ağıllı saatınızla idarə edə bilərsiz. Proqramın həmçinin, səs düzəltmə və səs-küyün qarşısını almaq kimi funksiyaları da var.

 

Smart Voice Recorder

SmartMob tərəfindən hazırlanan Smart Voice Recorder tətbiqi 750 kb ölçüyə sahibdir. 10 milyondan çox yüklənən proqramda səsin Hz tənzimləməsini etmək mümkündür.

 

Easy Voice Recorder

Digiporn tərəfindən hazırlanan Easy Voice Recorder proqramı orta hesabla 7 MB ölçüyə malikdir. Proqramın ödənişli və ödənişsiz versiyaları mövcuddur. Ödənişsiz versiyada səsyazma edə biləcəyiniz bu tətbiqin pro versiyasında isə səsin tonunu dəyişmək üçün əlavə bir neçə funksiya var.

 

Wear Audio Recorder

Binom V tərəfindən yaradılan proqram 16 MB ölçüsündədir. 100 mindən çox yüklənən proqram Android 5.0 lolipop-un dizaynını xatırladır. Olduqca çox tənzimləmə etməyinizə kömək edən proqram ağıllı saatlarla idarə oluna bilir.

 

Parrot Voice Recorder

Searing Media tərəfində hazırlanan tətbiq 4.4 MB həcmindədir.  Zərif dizayna sahib proqramda səs tənzimləməsi və səs-küyün qarşısını almaq üçün funksiyalar mövcuddur.  Bu tətbiq ilə həmçinin siz səsyamzaların keyfiyyətini tənzimləyə bilərsiz. 

 

Sevinc Əsədova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə