Previous Next
Bağla

Yeni “Android” casusu “System Update” adı altında zəngləri qeydə alır

01-04-2021 14:02
Yeni “Android” casusu “System Update” adı altında zəngləri qeydə alır

Tədqiqatçılar “Android” mobil əməliyyat sisteminin istifadəçilərini hədəf alan mürəkkəb ziyanverici proqram aşkarlayıb. Ziyankar proqram təminatı müxtəlif məlumatları ələ keçirə, həmçinin audioyazı və zənglərin qeydə alınması vasitəsilə qurbanı güdə bilir.

Xeberler.az-ın məlumatına görə, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən bildirilib ki, “Android” casusu “Zimperium” şirkətinin mütəxəssisləri tərəfindən aşkar olunub. Ekspertlər istifadəçilərin diqqətini zərərverici proqramın “System Update” (sistemin yenilənməsi üçün) tətbiqinin adı altında gizlənməsinə çəkir. Cihaza daxil olan bu proqram əməliyyat sistemi haqqında məlumatları, ismarıcları, media faylları toplayacaq, həmçinin quraşdırılmıış mikrofon vasitəsilə audio yazacaq, hətta qurbanın şəklini də çəkəcək. Bundan əlavə, ziyanverici proqram “WhatsApp” yazışmalarını və brauzerin tarixçəsini də ələ keçirə bilər.

“Apardığımız tədqiqat göstərir ki, bu virus keyfiyyətli şəkildə təşkil olunan kibercasus kampaniyasının bir hissəsidir. Əslində, ziyankar proqram məsafədən giriş imkanı ilə troyan (RAT) kimi fəaliyyət göstərir”, - deyə “Zimperium” ekspertləri hesabatda yazır.

“Google” ilə yeni kiber təhlükəni müzakirə edən tədqiqatçılar belə qənaətə gəliblər ki, “Google Play Store” rəsmi tətbiqlər mağazasında ona heç vaxt rast gəlinməyib. Bu isə adi istifadəçilərin mürəkkəb virusa yoluxma şansını azaldır. Troyan komanda mərkəzi (C2) ilə “Firebase” ismarıc mübadilə servisi vasitəsilə əlaqə saxlayır. C2 zərərverici proqrama mikrofondan audio yazmağı və ya cihazda yığılan məlumatları göndərməyi “əmr” edə bilər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Yeni troyan proqramı yüzlərlə “Android” tətbiqinə təhlükə yaradır

Yeni troyan proqramı yüzlərlə “Android” tətbiqinə təhlükə yaradır

20-07-2020
Elektron Təhlükəsizlik Mərkəzi xəbərdarlıq edir

Elektron Təhlükəsizlik Mərkəzi xəbərdarlıq edir

28-07-2015
Android istifadəçilərin bank kartı təhlükədədir

Android istifadəçilərin bank kartı təhlükədədir

29-11-2017
Mobil telefonları viruslardan necə qorumaq olar?

Mobil telefonları viruslardan necə qorumaq olar?

06-02-2017
Mobil əlavələr istifadəçi məlumatlarını üçüncü tərəfə ötürür

Mobil əlavələr istifadəçi məlumatlarını üçüncü tərəfə ötürür

11-11-2015
iOS və Android sistemləri üçün virus aşkar edilib

iOS və Android sistemləri üçün virus aşkar edilib

12-07-2019
Minlərlə Android proqramı istifadəçilərin məlumatlarını toplayır

Minlərlə Android proqramı istifadəçilərin məlumatlarını toplayır

11-07-2019
Andorid telefonlar üçün təhlükə-Yeni virus

Andorid telefonlar üçün təhlükə-Yeni virus

16-06-2017
1 milyondan çox Android telefon təhlükədədir

1 milyondan çox Android telefon təhlükədədir

11-11-2016
Google Play-də casus proqram aşkar edilib

Google Play-də casus proqram aşkar edilib

14-08-2017
Telegram və WhatsApp-da boşluq aşkar edilib

Telegram və WhatsApp-da boşluq aşkar edilib

16-07-2019
Yeni virus maliyyə vəsaitləri üçün təhlükə törədir

Yeni virus maliyyə vəsaitləri üçün təhlükə törədir

04-07-2015
Hakerlər Android sistemi ilə işləyən 1.4 milyard cihazı dinləyə bilər

Hakerlər Android sistemi ilə işləyən 1.4 milyard cihazı dinləyə bilər

17-08-2016
Banklar üçün yeni təhlükə

Banklar üçün yeni təhlükə

02-10-2017
Android sistemi üçün yeni təhlükəli virus aşkarlanıb

Android sistemi üçün yeni təhlükəli virus aşkarlanıb

15-10-2018
Android telefonlar təhlükədədir

Android telefonlar təhlükədədir

16-10-2017
Android istifadəçilərinə virus xəbərdarlığı

Android istifadəçilərinə virus xəbərdarlığı

24-02-2015
Yeni bank troyanı aşkar edilib

Yeni bank troyanı aşkar edilib

31-01-2018
Bank kartlarını oğurlayan yeni virus aşkar edilib

Bank kartlarını oğurlayan yeni virus aşkar edilib

21-04-2025
Play Store-da  700 mindən çox proqram silindi

Play Store-da 700 mindən çox proqram silindi

31-01-2018
“Samsung” istifadəçiləri üçün təhlükə: Fərdi məlumatlarınız ələ keçə bilər

“Samsung” istifadəçiləri üçün təhlükə: Fərdi məlumatlarınız ələ keçə bilər

24-05-2023
"Android"də yeni virus SMS-i gizlətməyi öyrənib

"Android"də yeni virus SMS-i gizlətməyi öyrənib

03-07-2022
“Kaspersky”: Potensial çitlərin 42 faizində təhlükə var

“Kaspersky”: Potensial çitlərin 42 faizində təhlükə var

29-11-2019
Bu proqram söhbətlərə gizlicə qulaq asır

Bu proqram söhbətlərə gizlicə qulaq asır

18-01-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə