Previous Next
Bağla

ASAN Süni İntellekt platformasının təqdimetmə mərasimi keçirilib

02-12-2025 19:26
ASAN Süni İntellekt platformasının  təqdimetmə mərasimi keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə yaradılan ASAN Süni İntellekt platformasının "ASANAIHub"ın təqdimetmə mərasimi keçirilib.
 
Xeberler.az bildirir ki, Platformanın (https://asanhub.ai/) əsas məqsədi Azərbaycanda süni intellekt (Sİ) sahəsində tədqiqatçıları, dövlət qurumlarını, özəl sektoru və fərdi istifadəçiləri vahid rəqəmsal platformada bir araya gətirməkdir. ASAN AI Hub açıq innovasiyanı təşviq edəcək və dövlət qurumları, özəl sektor və universitetlər arasında körpü rolunu oynayacaq. Texnoloji problemlər platformada açıq elan ediləcək və tələbələr, akademiklər, sahibkarlar, eləcə də ictimai təşkilatlar öz həlləri ilə müraciət edərək mükafat fondu uğrunda rəqabət aparmaq imkanı əldə edəcəklər.
 
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ulvi Mehdiyev platformanın ölkənin süni intellekt ekosistemi üçün əhəmiyyətini vurğulayıb.
 
Bildirib ki, ASAN AI Hub Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncağındakı çıxışı zamanı səsləndirdiyi göstərişinə uyğun olaraq yaradılıb. Platforma dövlət xidmətləri sektorunu, biznes subyektlərini, elmi-tədqiqat mərkəzlərini, startap ekosistemini
birləşdirir və süni intellekt əsaslı həllərin hazırlanmasında körpü rolunu oynayır. Sonra Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, Azərbaycanın Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov ASAN AI Hub-ın rəqəmsal transformasiya, iqtisadi inkişaf və elmi potensialın gücləndirilməsi baxımından önəmini qeyd ediblər.
 
14 milyonluq bir icmaya sahib olan, hər kəs üçün əlçatan öyrənmə, tətbiq və böyümə imkanları təqdim edən qlobal süni intellekt platforması “GenAI Works”un Baş direktoru və həmtəsisçisi Steve Nouri isə “Günümüzdə generativ süni intellekt, 2025” mövzusunda çıxış edərək qlobal trendlər, texnoloji inkişaf və süni intellektin tətbiq imkanları haqqında məlumat verib.
 
Tədbir çərçivəsində ASAN AI Hub ilə "Apolitical", "Breakthrough Social Enterprise" və "GenAI Works" arasında anlaşma memorandumları imzalanıb. Bu əməkdaşlıqlar mərkəzin beynəlxalq innovasiya ekosisteminə inteqrasiyasını gücləndirəcək.
Sonra “Süni intellektdə Açıq İnnovasiya: Hər kəs üçün körpü” adlı panel müzakirəsi keçirilib. Panelin spikerləri qismində ASAN AI Hub-ın rəhbəri Ləman İbrahimova, “GenAI Works”un Baş direktoru və həmtəsisçisi Steve Nouri, Edinburq Maliyyə İnnovasiyaları Mərkəzinin həmdirektoru və Edinburq Universitetində maliyyə üzrə müəllimi Xaladdin Rzayev və Tsinghua Universitetinin İnformasiya İncəsənəti və Dizayn fakültəsinin dosenti Fu Zhiyong spikerlər qismində çıxış ediblər. “Apolitical” təşkilatının Partnyorluqlar üzrə direktoru Katherine Miller Weberin moderatorluğu ilə keçirilən paneldə açıq innovasiya modelləri, dövlət–özəl sektor əməkdaşlığı, inklüzivlik və məsuliyyət prinsipləri ilə bağlı müzakirələr aparıblar.
 
 
 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

ASAN AI Hub üzrə beynəlxalq tərəfdaşlıq genişlənir

03-12-2025

“ASAN AI Hub” ilk çağırışlar üzə qalibləri müəyyən edib

09-04-2026

"ASAN xidmət" modelinin tətbiqi üçün 30 ölkə ilə əməkdaşlıq edilir

02-12-2025

"ASAN AI Hub" beynəlxalq analitik mərkəzin diqqətində

18-02-2026

Sədr: "ASAN xidmət"in fəaliyyətində süni intellektin tətbiqinin uğurlu nəticələri görünür

02-12-2025

Dövlət sektorunun ilk 100 nümayəndəsi süni intellekt üzrə təlimi başa vurub

17-03-2026

“ASAN xidmət” Süni İntellekt Günü konfransına tərəfdaşlıq edib

18-05-2026

ASAN AI Hub platforması çərçivəsində əməkdaşlıq qurulacaq

16-04-2026

"SOCGOV 2025" beynəlxalq konfransı başa çatıb

24-10-2025

Qırğızıstanda Türk Dövlətlərinin Süni İntellekt Forumu keçirilib

14-10-2024

Azərbaycanın mütəxəssisləri tərəfindən süni intellekt proqram təminatı hazırlanıb

29-01-2024

XRİTDX “İnnovasiyalar və Süni İntellekt” Konfransında iştirak edib

03-10-2025

"ASAN xidmət”in Çağrı Mərkəzində süni intellekt tətbiq olunacaq

29-01-2024

İİTKM süni intellektin tətbiqinə dair beynəlxalq seminar təşkil edib

30-10-2025

“İnnovasiyalar Mərkəzi” “SABAH.city” layihəsinə qoşulur

27-01-2026

Aviasiya Akademiyası ilə “ASAN xidmət” arasında memorandum imzalanıb

20-11-2025

“Rəqəmsal idarəetmədə süni intellekt” mövzusunda beynəlxalq konfrans davam edir

27-04-2021

Dövlət sektorunda Rəqəmsal Transformasiya mövzusunda müzakirələr aparılıb

25-11-2019

“ASAN xidmət” qlobal məkanda nümunə kimi təqdim olunur

06-02-2026

“ASAN xidmət” qabaqcıl təcrübə kimi qiymətləndirilib

18-03-2026

“INNOLAND”ın rezidentləri “Web Summit 2025”də iştirak ediblər

17-11-2025

Qazaxıstanın dövlət qulluqçuları ASAN Xidmət təcrübəsini öyrənirlər

15-05-2026

Bakıda Gənclərin Süni İntellekt Forumu keçirilib

20-06-2025

Əfqanıstan ASAN xidmət modelini tətbiq edir

13-07-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə