Previous Next
Bağla

İİTKM süni intellektin tətbiqinə dair beynəlxalq seminar təşkil edib

30-10-2025 15:10
İİTKM süni intellektin tətbiqinə dair beynəlxalq seminar təşkil edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təşkilatçılığı, Çin Kiçik və Orta Bizneslərin İnkişafına Dəstək Mərkəzi və “Beijing Blue Satellite Communication Technology Co., Ltd.” şirkətinin tərəfdaşlığı ilə “Süni intellekt həlləri ilə səhiyyədə rəqəmsal transformasiya: Azərbaycan–Çin təcrübə mübadiləsi” mövzusunda onlayn seminar keçirilib. Məqsəd süni intellekt (Sİ) texnologiyalarının səhiyyə sisteminə inteqrasiyası üzrə Çin təcrübəsinin öyrənilməsi, Azərbaycanın səhiyyə sektorunda tətbiq imkanlarının müzakirəsi və iki ölkə arasında bu sahədə əməkdaşlıq üçün platformanın yaradılmasıdır.

Xeberler.az bildirir ki, tədbirdə 30-a yaxın dövlət qurumu, o cümlədən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadiyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB həmçinin Azərbaycanın aparıcı elm və təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, professor Vüsal Qasımlı açılış nitqi ilə çıxış edərək bildirib ki, bu il Azərbaycanla Çin arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında imzalanmış Birgə Bəyanatda rəqəmsal iqtisadiyyatın və sənayenin rəqəmsal transformasiyasının dəstəklənməsi xüsusi vurğulanıb. Digər tərəfdən, “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” və hazırlanma prosesi davam edən 2027–2030-cu illər üçün Sosial-İqtisadi İnkişaf Strategiyası ölkəmizdə Sİ ekosisteminin formalaşdırılmasını, insan kapitalının gücləndirilməsini və süni intellekt texnologiyalarının sosial, iqtisadi və idarəetmə proseslərinə inteqrasiyasını nəzərdə tutur. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi bu istiqamətdə birgə layihələrin icrasını genişləndirməklə, xüsusən süni intellekt, ağıllı səhiyyə, teletibb və yaşıl texnologiyalar sahələrində qarşılıqlı təcrübə mübadiləsinə dəstək verir. Azərbaycanla Çin arasında keçirilən bu görüş də yeni əməkdaşlıqların qurulması, birgə layihələrə start verilməsi və qarşılıqlı etimadın daha da möhkəmlənməsi baxımından faydalı olacaq.

Sonra çıxış edən Çin Kiçik və Orta Bizneslərin İnkişafına Dəstək Mərkəzinin direktoru Yin Xiaomeng və digər rəsmi nümayəndələr Azərbaycanla Çin arasında innovasiya və süni intellekt sahəsində əməkdaşlığın strateji əhəmiyyətini vurğulayıb, bu istiqamətdə birgə təşəbbüslərin gələcək perspektivlərini dəyərləndiriblər.

“Beijing Blue Satellite Communication Technology Co., Ltd.” şirkətinin baş icraçı direktoru Lan Feng “Çin təcrübəsində süni intellekt əsaslı səhiyyə həlləri” mövzusunda təqdimatla çıxış edib. O, şirkətin teletibb və süni intellekt əsaslı rəqəmsal səhiyyə sahəsində tətbiq etdiyi texnoloji yeniliklər, o cümlədən ağıllı tibbi monitorinq, ilkin diaqnostika və tibbi görüntülərin avtomatlaşdırılmış təfsiri, hesabatların keyfiyyətinə nəzarət, erkən xəbərdarlıq mexanizmləri, habelə fövqəladə hallarda rabitə əlaqəsinin fasiləsiz təmin edilməsi üzrə həllər barədə məlumat verib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Rəqəmsal inkişaf planı üzrə görüş keçirilib

19-05-2026

İİTKM-də qeyri-səlis modelləşdirmə və süni intellekt müzakirə olunub

17-07-2025

"Süni intellekt Strategiyası” çərçivəsində görüş keçirilib

24-10-2025

Vüsal Qasımlı Oksford Universitetində məruzə ilə çıxış edib

07-07-2025

İİTKM və Nottingem Universiteti arasında əməkdaşlıq gücləndirilir

24-06-2025

İnformasiya təhlükəsizliyinin süni intellekt əsaslı həlləri işlənib hazırlanacaq

28-08-2023

Elektron səhiyyə ilə bağlı seminar keçirilib

05-04-2019

İİTKM-də Tacikistan nümayəndə heyəti ilə görüş keçirilib

17-11-2025

Vüsal Qasımlı OECD nümayəndələrini qəbul edib

30-10-2025

BDU və 4SİM arasında anlaşma memorandumu imzalanıb

06-05-2026

Azərbaycan və Qırğızıstan 18 sənəd imzaladı

24-04-2024

Vüsal Qasımlı USAİD nümayəndə heyətini qəbul edib

29-11-2018

“Gələcək üçün öyrən: Blokçeyn, Veb3 və Təhsil” mövzusunda 4SİM Talks tədbiri keçirilib

07-06-2024

“İnnovasiya” İşçi qrupu 2023-cü ilin yekun hesabatını müzakirə edib

21-02-2024

Azərbaycanla Çin arasında elm, texnologiya və süni intellektə dair sənədlər imzalanıb

12-06-2025

İİTKM BP ilə anlaşma memorandumu imzaladı

15-10-2018

4SİM və Avropa Süni İntellekt Mükəmməlliyi Mərkəzi əməkdaşlığı genişləndir

10-04-2026

“Vahid Elektron Hesabatlılıq Portalı” üzrə təlimlərə start verilib

10-12-2025

Azərbaycan dilində süni intellekt platformasının yaradılması ilə bağlı layihələrin icrasına başlanılıb

26-01-2024

“İnnovasiya” İşçi qrupunda 2024-cü ilin nəticələri müzakirə edilib

04-02-2025

İqtisadi islahatlarda İT-nin rolu müzakirə edilib

16-06-2017

İİTKM Böyük Britaniyanın beynəlxalq müsabiqəsində qalib olub

13-10-2025

Qeyri-iş günləri bu qurumlara şamil edilmir

26-03-2020

Vüsal Qasımlı Vyetnamın nümayəndə heyətini qəbul edib

30-07-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə