Previous Next
Bağla

“ASAN AI Hub” ilk çağırışlar üzə qalibləri müəyyən edib

09-04-2026 17:31
“ASAN AI Hub” ilk çağırışlar üzə qalibləri müəyyən edib

“ASAN xidmət”in “ASAN AI Hub” platforması tərəfindən ilk çağırışlar üzrə qiymətləndirmə prosesi yekunlaşıb.

Xeberler.az bildirir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, çağırışlar çərçivəsində 17 innovativ həll təqdim olunub. İlkin qiymətləndirmə mərhələsinin nəticələrinə əsasən hər çağırış üzrə ən yüksək nəticə göstərən iki iştirakçı növbəti mərhələyə vəsiqə qazanıb. Yekun mərhələdə isə hər çağırış üzrə qaliblər müəyyən ediliblər.

“Aqrar Ticarət Platforması üçün süni intellekt əsaslı “İndi al, sonra ödə” (BNPL) risk qiymətləndirmə və məhsul uyğunlaşdırma sistemi” mövzusu üzrə çağırışın qalibləri Sənan Cəfərov və Xəyal Əhmədov, “YONCA: Süni intellekt əsaslı gündəlik təsərrüfat planlayıcısı – datasız işləyən prototip” çağırışı üzrə isə Zümrüd İsmayılova və Asiman İsmayılova seçiliblər.

Qalib komandalar 1000 AZN məbləğində mükafat ilə təltif olunublar.

İlk çağırışlar “Digital Umbrella” ilə əməkdaşlıq çərçivəsində elan edilib.

Xatırladaq ki, açıq innovasiya platforması olan “ASAN AI Hub”ın məqsədi Azərbaycanda süni intellekt sahəsində fəaliyyət göstərən tədqiqatçıları, dövlət qurumlarını, özəl sektoru və fərdi istifadəçiləri vahid rəqəmsal mühitdə bir araya gətirməkdir. Platforma açıq innovasiya modelini təşviq edərək dövlət, biznes və akademiya arasında effektiv əməkdaşlığı gücləndirir.

Platforma üzərindən real texnoloji problemlər açıq şəkildə elan olunur. Tələbələr, akademiklər, sahibkarlar, eləcə də ictimai təşkilatlar həlləri ilə müraciət edərək mükafat fondu uğrunda rəqabət aparmaq imkanı əldə edirlər.

Ətraflı məlumat üçün: https://asanhub.ai/

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

"ASAN AI Hub" beynəlxalq analitik mərkəzin diqqətində

18-02-2026

ASAN AI Hub platforması çərçivəsində əməkdaşlıq qurulacaq

16-04-2026

ASAN Süni İntellekt platformasının təqdimetmə mərasimi keçirilib

02-12-2025

Dövlət sektorunun ilk 100 nümayəndəsi süni intellekt üzrə təlimi başa vurub

17-03-2026

"ASAN xidmət" modelinin tətbiqi üçün 30 ölkə ilə əməkdaşlıq edilir

02-12-2025

"ASAN xidmət" innovasiya idarəetməsində beynəlxalq standartların tətbiqini davam etdirir

04-02-2026

“ASAN xidmət” süni intellekt təlimlərini icbari təlimlər siyahısına əlavə edib

23-04-2026

ASAN AI Hub üzrə beynəlxalq tərəfdaşlıq genişlənir

03-12-2025

“İnnovasiya və Süni İntellekt” üzrə Təqaüd Proqramının imtahanı yekunlaşıb

24-04-2026

“İnnovasiyalar Mərkəzi” “SABAH.city” layihəsinə qoşulur

27-01-2026

ASAN Karyera Akselerasiya Proqramı başlayır

20-04-2026

Regionlarda “Süni intellekt savadlılığı” proqramına start verilib

01-12-2025

“Süni intellekt savadlılığı” proqramı davam edir

25-12-2025

Sədr: "ASAN xidmət"in fəaliyyətində süni intellektin tətbiqinin uğurlu nəticələri görünür

02-12-2025

Apreldə "Səyyar ASAN"ın fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb

01-04-2026

“Sənaye 4.0: Hakaton 2025” tədbiri keçirilib

22-12-2025

Səyyar ASAN xidmət regionlarda fəaliyyətini davam etdirir

02-10-2025

“Hər kəs üçün ASAN” layihəsi reallaşdırılır

29-04-2026

Qazaxıstan nümayəndə heyəti “ASAN xidmət”də olublar

07-04-2026

“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olunub

14-07-2025

Qırğızıstanda Türk Dövlətlərinin Süni İntellekt Forumu keçirilib

14-10-2024

Oksford Universitetinin tələbəsi ASAN təcrübəsindən yazıb

03-10-2025

Dövlət Agentliyində ilin ilk 9 ayının nəticələri müzakirə olunub

12-11-2019

"ASAN xidmət" “Take Off İstanbul 2025” startap sammitində iştirak edib

15-12-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə