Previous Next
Bağla

ASAN viza-nın rüsumu açıqlanıb

15-05-2018 12:08
ASAN viza-nın rüsumu açıqlanıb

Bu gündən ASAN Viza özünəxidmət terminalları vasitəsi ilə Heydər Əliyev adına Beynəlxalq Hava limanında əcnəbilərə vizaların verilməsinə başlanılıb.

Xeberler.az bildirir ki, artıq Hava limanında ilk viza almış əcnəbilərə simvolik olaraq hədiyyələr təqdim olunub. 

ASAN Viza vasitəsi ilə hava limanında 15 ölkənin - Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Çin, İran, İsrail, İndoneziya, Küveyt, Qətər, Malaziya, Oman, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkiyə və Yaponiya vətəndaşları üçün birbaşa vizaların verilməsi təmin ediləcəkdir.

Quraşdırılmış ASAN Viza özünəxidmət terminalları xüsusi təyinatlı ümümvətəndaş pasportu oxuyucuları, elektron ödəmələr üçün post terminallar və nəğd ödəmələr üçün əskinaz qəbuledicilərlə təmin olunub.

ASAN Viza portalı və özünəxidmət terminalları Azərbaycan, ingilis, fransız, ispan, ərəb, fars və rus dilində olmaqla - 7 dildə fəaliyyət göstərir.

Özünəxidmət terminalları ilə yanaşı 4 pəncərədə viza verilməsi və bank xidmətləri də həyata keçiriləcək ki, bu da ölkəyə gələn əcnəbilərə vizaların verilməsində əlavə köməklik göstərəcəkdir.

Orta hesabla bir əcnəbi vətəndaş üçün vizanın verilməsi 2 dəqiqə ərzində təmin olunacaq.

Qeyd edək ki, hazırda ASAN Viza portalı vasitəsi ilə 95 ölkəyə elektron viza verilməsi təmin edilir. Bütün sistem tam avtomatlaşdırılıb və mövcud  elektron viza sistemi vasitəsi ilə ölkəyə gəlməzdən əvvəl 3 gün (standart) və 3 saat (təcili) ərzində vizaların verilməsi www.eviza.gov.az saytı vasitəsi ilə həyata keçirilir.

Heydər Əliyev adına Beynəlxalq Hava limanında ASAN viza vasitəsilə əcnəbilərin ödəyəcəyi rüsumlar da  açıqlanıb.

Qeyd edilib ki, ASAN viza-nın qiyməti 20 dollardır:

Viza Yaponiya üçün ödənişsizdir, Türkiyə üçün isə 10 dollardır. Digər dövlətlər üçün isə bu məbləğ 20 dollardır. 

 

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Əcnəbilərə 700 mindən çox ASAN Viza verilib

16-08-2018

ASAN Viza vasitəsi ilə 1 milyonuncu viza verilib

11-02-2019

ASAN Viza vasitəsilə 184 ölkə vətəndaşına elektron viza verilib

11-07-2019

Azərbaycanın hava limanlarında 376 mindən çox turistə viza verilib

15-05-2019

Avqust ayında ASAN Viza-nın verilməsi rekord həddə çatıb

10-09-2019

Bu elektron xidmət dövlət büdcəsinə 4,2 milyard qazandırıb

15-11-2022

“ASAN Viza” sistemində ispan dili də aktivləşdi

25-12-2017

“ASAN Viza”-dan ilk elektron viza alan əcnəbilər-Foto

05-01-2017

“ASAN Viza” portalı tam istifadəyə verildi

10-01-2017

3 saat ərzində e-viza almaq imkanı-Yenilik

30-08-2017

Azərbaycanda “ASAN Viza” sistemi yaradılır-Fərman

01-06-2016

"ASAN Viza" portalının türkmən dilində versiyası istifadəyə verilib

13-03-2026

Daha bir ölkə ASAN Viza ala biləcək

01-05-2018

“ASAN Viza” sistemində 36 minə yaxın e-viza verilib

29-03-2017

Əcnəbilərin e-viza müraciətinə 3 saat ərzində baxılacaq

22-06-2017

ASAN Viza-ya ən çox hansı ölkələrdən müraciət olur?

19-06-2017

“ASAN Viza” sistemində ölkə sayı 93-ə çatdı

17-05-2017

“ASAN Viza” sistemində yeniliklər

15-12-2017

“ASAN Viza” sistemində yeniliklər edilib

07-07-2017

“ASAN viza” portalı təqdim ediləcək

15-12-2016

ASAN Viza sistemi haqqında Əsasnamə-də dəyişiklik edilib

10-04-2019

ASAN: “COP29 Xüsusi Viza”sını elektron formada almaq olar

31-10-2024

ASAN Viza-ya Radiant Launch mükafatı təqdim olunub

22-02-2019

Azərbaycanda elektron viza ilə bağlı yeni qaydalar tətbiq olunacaq

11-11-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə