Previous Next
Bağla

Azərbaycanın hava limanlarında 376 mindən çox turistə viza verilib

15-05-2019 16:19
Azərbaycanın hava limanlarında 376 mindən çox turistə viza verilib

Azərbaycanın beynəlxalq hava limanlarında 376 mindən çox turistə viza verilib.

Xeberler.az məlumat verir ki, bu barədə “Report”a Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, artıq bir ildir Azərbaycanın beynəlxalq hava limanlarında “ASAN Viza” sistemi vasitəsilə Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Çin, İran, İsrail, İndoneziya, Küveyt, Qətər, Malaziya, Oman, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkiyə və Yaponiya vətəndaşlarına yerində vizaların verilməsi təmin edilir. 

Həmçinin “ASAN Viza” vasitəsilə diplomatik səfərlər, Formula 1, Avropa Liqası və s. bu kimi beynəlxalq tədbirlərlə əlaqədar Azərbaycana səfər edənlərin viza əldə etməsinə dəstək verilir.

Hava limanlarında vizaların yerində verilməsi prosesi hər bir əcnəbi vətəndaşın orta hesabla 2 dəqiqə zamanını alır. 7 dildə fəaliyyət göstərən özünəxidmət terminalları və “ASAN Viza” əməkdaşları əcnəbilərin rahat şəkildə viza almasını təmin edirlər. Özünəxidmət terminallarından başqa xüsusi pəncərələrdə viza verilməsi və bank xidmətləri də həyata keçirilir, bu isə öz növbəsində ölkəyə gələn əcnəbilərə vizaların verilməsinə dəstək göstərir.

Ümumilikdə, “ASAN Viza” sistemi vasitəsilə 95 ölkədən olan əcnəbilərə elektron vizaların verilməsi həyata keçirilir. “ASAN Viza” fəaliyyətə başladığı qısa müddət ərzində Azərbaycana səyahət üçün müraciət edən 1 222 000-dən çox əcnəbiyə viza verilib. Bura həm www.evisa.gov.az portalı vasitəsilə, həm də hava limanlarında verilən vizalar daxildir. Hava limanlarında 376 000-dən çox turistə viza verilib.

Bu il Azərbaycana elektron viza üçün müraciət edən turistlərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 72% artıb.

Hazırda Avropa Liqasının Finalı ilə bağlı işlər davam edir. “ASAN Viza” əməkdaşlarının Finala sayılı günlər qalmış gücləndirilmiş iş rejimində fəaliyyət göstərmələri planlaşdırılır. Həmçinin Heydər Əliyev Beynəlxalq Hava Limanında “ASAN Viza” xidmət terminallarının və əməliyyat pəncərələrinin sayı iki dəfədən çox artırılıb, gəliş vizalarının verilməsi proseduru sadələşdirilib, UEFA Avropa Liqasının Finalı ilə bağlı vizaların verilməsi 30 saniyəyə qədər azaldılıb.

Azərbaycan ərazisində yerləşən beynəlxalq hava limanlarında vizaların verilməsi “Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza verilməsi prosedurunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 31 yanvar 2018-ci il tarixli fərmanına əsasən 15 may 2018-ci il tarixindən “ASAN Viza” tərəfindən həyata keçirilir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Əcnəbilərə 700 mindən çox ASAN Viza verilib

16-08-2018

ASAN Viza vasitəsilə 184 ölkə vətəndaşına elektron viza verilib

11-07-2019

ASAN viza-nın rüsumu açıqlanıb

15-05-2018

Avqust ayında ASAN Viza-nın verilməsi rekord həddə çatıb

10-09-2019

ASAN Viza vasitəsi ilə 1 milyonuncu viza verilib

11-02-2019

Bu elektron xidmət dövlət büdcəsinə 4,2 milyard qazandırıb

15-11-2022

“ASAN Viza” sistemində ispan dili də aktivləşdi

25-12-2017

3 saat ərzində e-viza almaq imkanı-Yenilik

30-08-2017

Daha bir ölkə ASAN Viza ala biləcək

01-05-2018

Azərbaycanda “ASAN Viza” sistemi yaradılır-Fərman

01-06-2016

ASAN Viza-ya ən çox hansı ölkələrdən müraciət olur?

19-06-2017

Beynəlxalq Astronavtika Konqresi ilə bağlı viza prosedurları sadələşdirildi-SƏRƏNCAM

08-08-2023

"ASAN Viza" portalının türkmən dilində versiyası istifadəyə verilib

13-03-2026

ASAN Viza sistemi haqqında Əsasnamə-də dəyişiklik edilib

10-04-2019

Ötən il 24 min 872 xarici turistə elektron viza verilib

27-01-2016

“ASAN Viza” portalı tam istifadəyə verildi

10-01-2017

“ASAN Viza” sistemində yeniliklər edilib

07-07-2017

“ASAN Viza” sistemində 36 minə yaxın e-viza verilib

29-03-2017

“ASAN Viza”-dan ilk elektron viza alan əcnəbilər-Foto

05-01-2017

ASAN Viza-ya Radiant Launch mükafatı təqdim olunub

22-02-2019

Əcnəbilərin e-viza müraciətinə 3 saat ərzində baxılacaq

22-06-2017

“ASAN Viza” sistemində ölkə sayı 93-ə çatdı

17-05-2017

Elektron vizaların verilməsində dəyişiklik edildi

16-12-2012

ASAN: “COP29 Xüsusi Viza”sını elektron formada almaq olar

31-10-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə