Previous Next
Bağla

Əcnəbilərə 700 mindən çox ASAN Viza verilib

16-08-2018 12:13
Əcnəbilərə 700 mindən çox ASAN Viza verilib

ASAN Viza-nın hava limanlarında fəaliyyət göstərən bir neçə əməkdaşına xidməti vəzifələrinin yerinə yetirilməsində fərqləndiklərinə görə sertifikat və hədiyyələr təqdim edilib.

Xeberler.az məlumat verir ki, tədbirdə Elektron Hökumətin İnkişafı Mərkəzi Publik Hüquqi Şəxsin direktoru Fariz Cəfərov çıxış edərək fərqlənən əməkdaşların digərləri üçün nümunə olduqlarını qeyd edib, hər kəsə işlərində uğurlar arzulayıb.

Bildirilib ki, Bakı, Gəncə, Qəbələ və Lənkəran beynəlxalq hava limanlarında ASAN Viza sistemi vasitəsilə əcnəbi və vətəndaşlığı olmayan şəxslər üçün elektron vizaların rəsmiləşdirilməsi təmin edilir. Hazırda hava limanlarında 83 əməkdaş fəaliyyət göstərir. Əməkdaşlar Azərbaycana səfər edən əcnəbi və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan, ingilis, fransız, ispan, alman, türk, hind, ərəb, fars, ibri, urdu, norveç və rus dillərində xidmət göstərirlər.

Belə ki, ASAN Viza özünəxidmət terminalları vasitəsilə Heydər Əliyev adına Beynəlxalq Hava limanında əcnəbilərə vizaların verilməsinə bu ilin mayın 15-dən başlanılıb. Bu günə kimi 566 759-u ASAN Viza portalı vasitəsi ilə, 135 523-ü hava limanlarında olmaqla, ümumilikdə 702 282 viza verilib. Müraciətlərin çoxluğuna görə isə ilk beşlikdə olan İran İslam Respublikası, Səudiyyə Ərəbistanı, Pakistan, Hindistan və Türkiyədir.

Qeyd edək ki, ASAN Viza vasitəsilə hava limanlarında 15 ölkənin - Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Çin, İran, İsrail, İndoneziya, Küveyt, Qətər, Malaziya, Oman, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkiyə, Yaponiya vətəndaşlarına, eyni zamanda Birləşmiş Ərəb Əmirliklərində etibarlı rezident vizalarına sahib olanlar üçün birbaşa vizaların verilməsi təmin edilir.

ASAN Viza portalı və özünəxidmət terminalları Azərbaycan, ingilis, fransız, ispan, alman, italyan, ərəb, fars və rus olmaqla - 9 dildə fəaliyyət göstərir. Özünəxidmət terminalları ilə yanaşı 4 pəncərədə viza verilməsi və bank xidmətləri də həyata keçirilir. Orta hesabla bir əcnəbi vətəndaş üçün vizanın verilməsi 2 dəqiqə ərzində təmin edilir.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

ASAN viza-nın rüsumu açıqlanıb

15-05-2018

ASAN Viza vasitəsilə 184 ölkə vətəndaşına elektron viza verilib

11-07-2019

Azərbaycanın hava limanlarında 376 mindən çox turistə viza verilib

15-05-2019

Avqust ayında ASAN Viza-nın verilməsi rekord həddə çatıb

10-09-2019

ASAN Viza vasitəsi ilə 1 milyonuncu viza verilib

11-02-2019

Bu elektron xidmət dövlət büdcəsinə 4,2 milyard qazandırıb

15-11-2022

“ASAN Viza” sistemində ispan dili də aktivləşdi

25-12-2017

“ASAN Viza” sistemində yeniliklər

15-12-2017

3 saat ərzində e-viza almaq imkanı-Yenilik

30-08-2017

Daha bir ölkə ASAN Viza ala biləcək

01-05-2018

“ASAN Viza” sistemində yeniliklər edilib

07-07-2017

Azərbaycanda “ASAN Viza” sistemi yaradılır-Fərman

01-06-2016

ASAN: “COP29 Xüsusi Viza”sını elektron formada almaq olar

31-10-2024

ASAN Viza sistemi haqqında Əsasnamə-də dəyişiklik edilib

10-04-2019

ASAN Viza-ya ən çox hansı ölkələrdən müraciət olur?

19-06-2017

Beynəlxalq Astronavtika Konqresi ilə bağlı viza prosedurları sadələşdirildi-SƏRƏNCAM

08-08-2023

“ASAN Viza” portalı tam istifadəyə verildi

10-01-2017

“ASAN Viza” sistemində 36 minə yaxın e-viza verilib

29-03-2017

Ötən il 24 min 872 xarici turistə elektron viza verilib

27-01-2016

Əcnəbilərin e-viza müraciətinə 3 saat ərzində baxılacaq

22-06-2017

“ASAN Viza” sistemində ölkə sayı 93-ə çatdı

17-05-2017

“ASAN Viza”-dan ilk elektron viza alan əcnəbilər-Foto

05-01-2017

“ASAN viza” turizmin inkişafına böyük töhfələr verir

25-08-2018

"ASAN Viza" portalının türkmən dilində versiyası istifadəyə verilib

13-03-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə