ASAN xidmət-dən daha bir yenilik

06-03-2018 / 10:38

3 saylı Bakı ASAN xidmət mərkəzində fiziki və hüquqi şəxslərin sadələşdirilmiş vergi üzrə hesabatlarının tərtib edilməsi xidmətlərinin həyata keçirilməsinə başlanılıb.

Bu barədə Xeberler.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən m əlumat verilib.

Vətəndaşlar bu çərçivədə Vergilər Nazirliyinə rüblük sadələşdirilmiş, illik əmlak və muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannamələrinin təqdim edilməsi, şəhadətnamə-dublikatların onlayn sifariş edilməsi, onlayn kargüzarlıq bölməsinə gəlmiş məktubların vaxtında cavablandırılması, aylıq elektron qaimələrin göndərilməsi, əmək müqavilələrinin onlayn qeydiyyatı, Dövlət Sosial Müdafiə Fonduna rüblük hesabatının verilməsi, Dövlət Statistika Komitəsinə rüblük və illik hesabatların təqdim edilməsi xidmətlərindən yararlana bilərlər.

Qeyd edək ki, vətəndaşlar ASAN xidmət mərkəzlərinin fəaliyyəti ilə bağlı ərtaflı məlumatı 108 Çağrı mərkəzinə zəng etməklə əldə edə bilərlər.

Xeberler.az

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə