Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şura Dövlət xidmətləri haqqında Qanun layihəsi ilə bağlı və dövlət xidmətlərinin qiymətləndirilməsi üçün nəzərədə tutulan “ASAN Xidmət İndeksi” ilə bağlı təkliflər hazırlayır.
Bu barədə Xeberler.az-a Şuradan məlumat verilib.
Qeyd edilib ki, təkliflərin yekun variantı İctimai Şuranın növbəti toplantısında müzakirə olunaraq qəbul ediləcək və Dövlət Agentliyinə təqdim olunacaq.
Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 9-da "Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 sentyabr tarixli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
Fərmana görə, ASAN xidmət dövlət orqanlarının bütün xidmətlərini qiymətləndirəcək.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri